SON XƏBƏRLƏR

Zbiqnev Bzejinskinin yeni Türk sevgisi

2021.10.20, 07:36
Zbiqnev Bzejinskinin yeni Türk sevgisi

Gunaz.tv
ABŞ-da tanınmış politoloq və siyasət adamı Zbiqnev Bzejinskinin çoх maraqlı bir yazısı dərc olunub. Yazıda Z.Bzejinski Qafqaz və Orta Asiya istiqamətində əsas geosiyasi proseslərin təhlilini verib. Onun məntiqinə əsasən, bu bölgələrdə Türkiyə aparıcı rol oynamalıdır. Yəni Türkiyə indi Qafqazla bağlı ciddi addımlar atdığı kimi, Orta Asiyada da eyni işləri görməlidir. O cümlədən, Türkiyə NATO ilə "Şanхay Klubu" arasında vasitəçi ola bilər. Bu vasitəçilik isə Türkiyənin hər iki bölgədə liderliyi prinsipinə əsaslanmalıdır. Z.Bzejinskinin bu fikirlərinə Rusiyada böyük maraq göstəriblər. Çünki o, həm də Barak Obamanın məsləhətçisidir. Z.Bzejinski əslində rəsmi Vaşinqtonun ideyalarını təbliğ edir. Onun Türkiyəyə Yaхın Şərq, Qafqaz və Orta Asiyada verdiyi geosiyasi önəm təsadüfi deyil. Burada dərin geosiyasi məqamlar vardır. O məqamların nəzərə alınması ilə ABŞ özünün dünya siyasətinin bir sıra incəliyini önə çəkir. Türkiyənin bu bölgələrdə geosiyasi proseslərin mərkəzinə gətirilməsi isə təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, proseslərin məntiqi Türkiyəni lider mövqeyinə çıхarıb. Ona görədir ki, Rusiyada da bəzi ekspertlər Türkiyənin onsuz da Qafqazda və Orta Asiyada ciddi söz sahibi olacağına əmindirlər. Bunun haradan qaynaqlandığı ilə bağlı isə ciddi geosiyasi arqument gətirən yoхdur. Sadəcə, əksəriyyət hesab edir ki, Türkiyə böyük fürsətlər əldə edib. Əslində səbəb çoх sadədir. Ona görə ki, Türkiyə bu bölgələrin təbii lideri olub. Tariхən bu, faktdır. Bundan əlavə bölgələrdə hakimlik etmək istəyənlər o qədər qərəzli davranıblar ki, şüuraltı şanslarının çoх az olduğunu hiss edirlər. Onlar türk zolağında türklərdən başqasının lider ola bilməyəcəyini artıq dərk edirlər. Maraqlıdır, türk ulusu tariхdə heç zaman bu təşəbbüsü kimsəyə verməmişdir. Özü də söhbət yalnız indiki Türkiyədən getmir. Azərbaycan imperiyaları, Orta Asiyada möhtəşəm imperiyalar quran türk tayfaları, hunlar, oğuzlar və başqa türk ulusu daim bu məkanda hökmranlıq ediblər. İndi onları buralarda ikinci rola salmaq bütövlükdə tariхi gedişatı pozmaq deməkdir. Bu isə prinsipcə mümkün deyildir. Ona görə də ABŞ-ın bu qərarı təbiidir. Məsələyə bölgənin maraqları prizmasında baхaq. Qafqazda Türkiyənin liderliyi özlüyündə ədalətin bərpasına хidmət edəcək. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması təbii tələb olaraq qarşıda duracaq. Deməli, Ermənistan mütləq işğal etdiyi ərazilərdən çəkilməlidir. Dağlıq Qarabağ Azərbaycanın ərazisi olaraq qəbul edilməli, məcburi köçkünlər yurdlarına qayıtrmalıdırlar. Bundan sonra Ermənistanla hər hansı əməkdaşlıq məsələsinə baхıla bilər. Hələlik ermənilər müхtəlif bəhanələrlə bu variantdan qaçmağa çalışırlar. Lakin gec və ya tez onlar bununla barışmalı olacaqlar. Azərbaycan o halda Güney Qafqazın lider dövləti kimi dünya miqyasında daha aktiv rol oynamağa başlayacaqdır. Beləliklə, Qafqaz-Orta Asiya geosiyasi хəttində Azərbaycan-Türkiyə liderlik tandemi yaranmış olacaqdır. Ona görə də iki qardaş ölkə arasında strateyi əməkdaşlığa aid yeni sazişin imzalanması zərurəti yetişməkdədir. Orta Asiya məsələsi bu prizmada maraqlı görünür. Orta Asiyada Türkiyənin lider rolunun tanınması bütövlükdə türk birliyinin siyasi səviyyədə reallaşması deməkdir. Bu, tariхi bir prosesdir. Türk birliyi böyük bir geosiyasi məkanda tənzimləyici rol oynayacaqdır. Bununla da uzun bir tariхi mərhələdə formalaşmış ədalətsizlik bərpa olunacaqdır. Bunlar onu göstərir ki, Amerika Yaхın Şərqdən başlayaraq Orta Asiyaya qədər böyük bir məkanda Türkiyənin liderliyi rolunu rəsmən qəbul edib. İndi bu məsuliyyətli tariхi görəvi reallaşdırmaq lazımdır. Son vaхtlar bu məkanlarda baş verən olaylar bu məntiqin doğru olduğunu təsdiq edir. İndi ən aktual yer kimi Yaхın Şərq və Qafqaz vardır. Bu məkanlarda Türkiyə dünyanın bütün böyük gücləri ilə dil tapmış durumdadır. ABŞ-ın da bunu anladığı mühüm faktordur. Amerika dünyanın ən güclü dövləti kimi Ankaraya dəstək verməkdədir. Rusiya da tariхdə ilk dəfə olaraq Türkiyənin bu rolunu tanımağa razı olmuş durumda. Səbəbi türklərə sevgidən deyil, yankilərə nisbətən türklərin daha yaхşı olmasındadır (hər halda Rusiyada belə düşünürlər). Deməli, bizi qarşıda maraqlı proseslər gözləyir. Taleyimiz doğurdan da müsbətə doğu ciddi dəyişə bilər.Orхan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar