SON XƏBƏRLƏR

İranın daxili ab-havasını əks etdirən “yaşıl günlər” adlı film beynalxalq festivalda nümayiş etdiriləcək

2021.10.20, 07:36
İranın daxili ab-havasını əks etdirən “yaşıl günlər” adlı film beynalxalq festivalda nümayiş etdiriləcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Həna Məxməlbaf prezident seçkisindən sonrakı olaylarla bağlı çəkdiyi “Yaşıl günlər” adlı filmi sentyabrın 2-dən 12-ə qədər İtaliyanın Venesiya şəhərində keçiriləcək beynəlxalq film festivalında nümayiş etdiriləcək. dünya şöhrətli kinorejissor Möhsün Məxməlbafın qızı olan Həna, filmdə12 iyun prezident seçkisinin rəsmi nəticələrindən sonra xalqın dinc etiraz səhnələrinə yer verib. Həmçnin filmdə siyasi olaylar dalğasına qoşulan gənc və pəjmürdə bir qadının həyatı və qarşılaşdığı çətinliklər də təsvir edilir. Jurnalistlərə açıqlama verən Həna deyib: “Mən sosioloq deyiləm. Lakin filmim tamamilə sosioloji filmdir. Mənim kameram inqilab ərəfəsində olan və inqilab ab-havasını yaşayan İran cəmiyyətini bütün ümidləri və şübhələri ilə güzgü kimi göstərir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar