SON XƏBƏRLƏR

müxalifət və Türk ordusu "kürd açılımı"na qarşı

2021.10.20, 07:36
müxalifət və Türk ordusu "kürd açılımı"na qarşı

Gunaz.tv
İlkər Başbuğ: "Türk Silahlı Qüvvələri ulus-dövlət quruluşuna heç bir gərəkcəylə zərər verilməsini qəbul etməyəcək" Dəniz Baykal: "Niyə bizi Livana, İraqa, Yuqoslaviyaya çevirməyə çalışırsınız?" Oqtay Vural: "ABŞ-ın Böyük Orta Şərq layihəsinin həmsədri olan cənab baş nazir, Türk millətinin başbakanı olduğunuzu xatırlayın" 26/08/2009 Milli Güvənlik Qurumunun AKP hökumətinin "kürd açılımı"nı (MGK) dəstəkləməsi Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal ciddi etirazla qarşılayıb: "Ümid edirəm ki, MGK sonucun bizi haraya aparacağını bilir. Bu yolun sonu hüsrandır, bədbəxtçilikdir. Etnik dillərdə təhsilə "yaşıl işıq" yandıraraq milləti ayırmaq siyasətini yürüdənlər tarixi eybi öz üzərlərinə götürmüş olurlar. MGK da bu prosesin bir parçası halına gəldi. Kimin yanıldığını yaşayarıq, görərik. Bu prosesin baş naziri, prezidenti və MGK-nı da əhatə etdiyini görəndə üzülürəm. Bunların hamısı Türkiyədə gərginliyin, ziddiyyətlərin tərəfləri olmağa başlayıblar. Sənətçilər belə bölünməyə başlayıblar...Baş nazirin çıxışlarında özünü göstərən həqarətlər, suçlamalar, söyüş kimi fikirlər bir müddət sonra toplumun hər tərəfində gərginliyin, kəskin müzakirələrin dərinləşməsinə yol aça bilər". Hökumətin "hər kəsin fikrini öyrənirik" yanaşmasıyla müzakirəyə kamuflyaj geyindirdiyini vurğulayan Dəniz Baykal Türkiyədə bütün hökumətlərin terrorla mücadilə hədəfini əsas götürüb fəaliyyət göstərdiklərini xatırladıb: "İndi isə terrorla müzakirə prosesi başlayıb". "Qardaşım, peşka olmaq istəmirik" Etnik kimliyin hərəkətə keçirilməsi nəticəsində İraqda daxili savaşın getdiyini vurğulayan Dəniz Baykal deyib: "Niyə bölürsən, qardaşım, bizi? Hiyə bizi Livana, İraqa, Yuqoslaviyaya çevirməyə çalışırsınız? Türkiyəni parçalayacaqsınız, parçalayınca Orta Şərq siyasətini asanlıqla həyata keçirəcəksiniz, piyonlarınız (peşka) artacaq. Qardaşım, peşka olmaq istəmirik". Bu ilin aprel ayının 13-15-də Vaşinqtonda "Atlantic Council" elmi təşkilatın keçirdiyi toplantı haqqında məlumat verən Dəniz Baykal "kürd açılım"ının həmin toplantıda beynəlxalq qüvvəllərin ilgisi və təsiri nəticəsində formalaşdırıldığını, son nəticədə Türkiyənin qarşısına qoyulduğunu deyib. Türkiyə və İraq təmsilçilərinin, Vaşinqtondakı Norveç səfirinin qatıldığı toplantını Norveç hökumətinin maliyyələşdirdiyini bildirən CHP sədri Açıq Cəmiyyət İnstitutu (Soros) nümayəndələrinin, ABŞ və İngiltərənin keçmiş səfirlərinin də tədbirdə olduqlarını bildirib. Həmin tədbir iştirakçılarının daha sonra Türkiyəyə səfər etdiklərini açıqlayan CHP sədri bu işə Türkiyə Xarici İşlər Nazirliyinin kömək göstərdiyini söyləyib. Türkiyədən həmin tədbirə gedən 14 nəfərin adını açıqlamayan Dəəniz Baykal bu gün müzakirə olunan, Türklük ifadəsinin Anayasadan çıxarılması, PKK terrorçularının əfv olunması, Türkiyə Cümhuriyyətinin dövlət quruluşunun dəyişdirilməsi, yarğının (prokurorluq) yenidən formalaşdırılması kimi məsələlərin Vaşinqtondaki konfransda dilə gətirildiyini və yekun hesabata salındığını qeyd edib: "Türkiyədə birdən birə düyməyə basılmış kimi hərəkətə keçirilməsi təsadüfi deyil. Bunun əsasında Türkiyə əleyhinə "yol xəritəsi"nin həyata keçirilməsi durur". Dəniz Baykal bu layihənin ABŞ-a aid olmadığı barədə Birləşmiş Ştatların Ankara səfirliyinin açıqlamasını xatırladıb, eyni zamanda Norveç hökumətinin heç bir açıqlamasının olmadığına diqqəti çəkib. Onun fikrincə, belə təktərəfli dəyərləndirmələrlə həqiqətlər ört-basdır edilə bilməz. Dəniz Baykalın "demokratik açılım" layihəsinin "uzun müddətdən bəridir ki, beynəlxalq qüvvəllərin iştirakı və təsiriylə formalaşması" fikri Türkiyə XİN-in etirazıyla qarşılaşıb. Nazirliyin yayımladığı açıqlamada bildirilib: "Partiyalarımızın demokratik tənqid haqqından istifadə edərkən daha məsuliyyətli davranmalarını, ölkəmizin etibarına və milli maraqlarına zərər verəcək davranış və bəyanatlardan çəkinmələrini gözləyirik". Nazirlik Dəniz Baykalın haqqında məlumat verdiyi toplantıya Türkiyəni təmsil edən kiminsə qatılmadığını da açıqlayıb. "Bozbulanıq Bəkirin söylədiklərini ciddiyə almayın" AKP-nin qrup başqan vəkili Bəkir Bozdağ isə "kürd açılımı" səbəbindən hökuməti sərt şəkildə tənqid edən MHP-ni ittiham edib, xüsusilə MHP sədri Dövlət Baxçalını tənqid atəşinə tutub. Bu layihəni "Amerikan projesi" kimi qiymətləndirən Dövlət Baxçalıya sərt təpki göstərən Bozdağ indiyədək 8 "peşmanlıq qanunu"nun qəbul olunduğunu, onlardan dördünün qəbulunda MHP-nin xüsusi fəallıq göstərdiyini, MHP-nin terrorçu Öcalanın edamdan qurtardığını və s. məsələlərdən danışıb: "Baş nazirlikdə edam dosyasının önünü kəsən cənab Baxçalıydı. İndi "PKK-ni tərəf seçmə!"-deyə gurlayırlar. Üç il iqtidarda oldunuz. Niyə onu asmadınız, bir adada bslədiniz. MHP lap əvvəldən çözüm istəyənləri "xain" elan etdi. Çözüm olarsa, belə təbliğat vasitələrindən məhrum olacağındanmı təlaşlanır? Milliyyətçilik fərqli yerlərə daşınanda dünya çox sıxıntılar gördü. Hitler də milliyyətçilikdən yararlandı, amma itirən Almaniya oldu". MHP-nin baş katibi Cihan Paçaçı isə Bozdağın ittihamlarını cavabsız qoymayıb: "AKP sözçüləri MHP-nin yürütdüyü siyasəti anlayacaq səviyyədə deyillər". Paçacı MHP sədri Dövlət Baxçalının prezident Abdulla Gülün dəvətini qəbul etməməsini belə əsaslandırıb: "Türkiyənin bölünməsinə xidmət edən bir prosesi vəzifəsi nə olursa, olsun, heç kimlə oturub müzakirə etmərik". MHP qrup başqan vəkili Mustafa Şandır Baxçalını tənqid edən Bozdağa cavab olaraq "Bozbulanıq Bəkirin söylədiklərini ciddiyə almayın" söyləyib. MHP-nin koalisiya ortağı olduğu 57-ci hökumət zamanı terroristbaşının asılmaması haqqında AKP-nin iddialarına cavab olaraq isə bildirib: "Öcalanın asılması gərəkdirsə, asın da, sizə əngəl olan nədir? MHP hökumətdə üç ortaqdan biriydi, amma asmağa gücü yetmədi. Söylədikləri, göstərdikləri sənəd yanlış və səhvdir". MHP qrup başqan vəkili Oqtay Vural da Bozdağa qarşı sərt çıxıb: "Çaqqal kimi danışırsan. MHP-nin sənin sahibinə cavab verəcək, biliyi də var, imanı da. MHP etnik bölücülərlə Türk millətinin min illik qardaşlığını pozmaq istəyənlərlə, cümhuriyyətlə hesablaşmaq istəyənlərlə eyni fotoşəkildə yer almayacaq. Böyük Türk milləti ailəsinə etnik kimlik ayrı-seçkiliyi salmaq istəyənləri, fitnə-fəsad çıxarmaq istəyənləri bu mübarək Ramazanda Cənabi Haqq hidayətə çatdırsın. İnşallah, bu fitnə, fəsadlardan uzaqlaşsınlar. Duam budur. Bu millətin kimliyilə oynamayın. Bu millətin diniylə oynamayın. Dolayısı ilə, əcnəbilərin, ABŞ-ın görəvləndirdiyi Böyük Orta Doğu layihəsinin (BOP) həmsədri olan cənab baş nazir, Türk millətinin başbakanı olduğunuzu xatırlayın. Siz BOP həmsədri deyilsiniz, ABŞ prezidentlərinin görəv verdiyi biri deyilsiniz. Bu millət qarşısında məsuliyyətinizi yerinə yetirin. Bu plan və layihələr xarici qaynaqlıdır. ABŞ-dan gəlir. Böyük Orta Şərqdə İsrailin niyyətinə xidmət edəcək bu cür cəhdlər qarşısında, Türk millətinin birlik və bütünlüyünü həqiqətən də təhlükəyə atan bu addımlardan vaz keçin. Türkiyə Cümhuriyyətinin baş naziri olaraq yolunuz yanlışdır. Bunun sonu yoxdur. Bu "açılım"da çırpındıqca batırsınız. Türkiyəni, milləti batırmayın. Bu quyuya Türk millətinin gdüşməsinə icazə verməyəcəyik". Maraqlıdır ki, AKP kimi terrorçu PKK-nın siyasi qanadı olan DTP-nin sədri Əhməd Türk də terrorçu təşkilatın yayım orqanı olan "Roj" TV-yə açıqlamasında MHP və CHP-nin üzərinə hücuma keçib. Terror təşkilatı PKK-nın üçüncü adamı olan Duran Duran Kalkan AKP-nin "kürd açılımı"nı bəyənməyib, üstəlik başından yekə danışaraq, sentyabrın 1-dən Türkiyə Silahlı Qüvvəllərinin əməliyyatları dayandırmasını tələb edib və "Əks halda vuruşma gündəmə gələ bilər"- deyib. Türkiyədə qızışan müzakirələrə ABŞ səfirliyi də qoşulub. "Türkiyənin demokratikləşməsini dəstəkləyirik"-deyə açıqlamasında vurğulayan Birləşmiş Ştatlar səfirliyi bildirib: "Ancaq bu plan bir türk planıdır. Bu Türkiyənin çözməzinin gərəkdiyi və çözümləməkdə olan bir daxili məsələdir". Dünən isə Türkiyə Silahlı Qüvvəllərinin baş qərargah rəisi İlkər Başbuğ Zəfər həftəsi münasibətilə açıqlama yayıb, "kürd açılımına" münasibətini bildirib. Başbuğ mesajında "Türkiyə dövləti, ölkəsi və milləti bölünməz bir bütündür. Dili Türkcədir" deyə vurğulayıb: "Türk Silahlı Qüvvələri Atatürkün bizə əmanət və Anayasanın 3-cü maddəsində əks olunan şəkildə Türkiyə Cümhuriyyətinin ulus-dövlət və unitar dövlət quruluşunun qorunmasında tərəfdir və tərəf olmağa da davam edəcəkdir. Türk Silahlı Qüvvələri ulus-dövlət quruluşuna heç bir gərəkcəylə zərər verilməsini qəbul etməyəcək. TSK terror təşkilatı və dəstəkləyiciləriylə əlaqə qurulmasına yol aça biləcək heç bir fəaliyyət içində buluna bilməz. Demokratiyanın yaratdığı fürsət sahələrindən yararlananların, vətəndaşların ən təməl haqqı olan yaşam haqqını hədəf alan terror fəaliyyətlərini heç bir səbəbdən xoş görmələrini qəbul edə bilməz". İlkər Başbuğ terrorla mücadilənin davam edəcəyini bəyanlayıb: "Ölkələrin və millətlərin bütünlüyünün qorunmasının bir bədəli var. Türk Silahlı Qüvvələri bu işdə öz üzərinə düşən tarixi görəv və məsuliyyəti dərk edir. Bu günə qədər separatçı terror örgütüylə mücadiləsində 5003 övladını şəhid verən Türk Silahlı Qüvvəlləri Anayasa və qanunlar çərçivəsində, separatçı terror təşkilatına qarşı bu günə qədər dünyada oxşarına rast gəlinməyən bir uğur və məsuliyyətlə yürütdüyü mücadiləyə bundan sonra da artan bir qərarlılıqla davam edəcək. TSQ bölücü terror təşkilatına qarşı mücadiləni qərarlılıqla sürdürərkən güvənlik sahəsindən kənarda qalan iqtisadi, sosio-mədəəni və beynəlxalq sahələrdə də dövlətin həyata keçirdiyi təədbirlərin önəminə inanır. Türk Silahlı Qüvvəlləri ulus-dövlət və unitar dövlət quruluşuna heç bir gərəkçəylə zərər verilməsini qəbul edə bilməz. TSQ mədəni fərqliliklərə sayğılıdır. Ancaq kültürəl fərqliliklərin siyasiləşdirilməsini, başqa bir ifadəylə siyasi təmsil vasitəsi olmasını, toplumsal siyasi kimlik ünsürü halına gətirilməsini Türkiyə Anayasası içində mümkün görə bilməz. TSQ hər məsələni müzakirə edə bilmək azadlığına mühüm önəm verir, amma dövlətin varlığını risqə soxacaq, ölkəni qütbləşməyə, bölməyə, döyüş meydanına çevirəcək məsələləri müzakirə etməməyin vacibliyinə inanır". Bayram Alı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar