SON XƏBƏRLƏR

Kimsə Əhmədinəjadla iftar açmaq istəmir

2021.10.20, 07:36
Kimsə Əhmədinəjadla iftar açmaq istəmir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın gündəlik "Etemad" qəzetində dərc olunub ki İran parlamentinin böyük əksəriyyəti prezident Mahmud Əhmədinejadın Ramazan bayramı münasibətilə təşkil etdiyi iftar süfrəsinə gəlməyiblər. Görünür ki İran hakimiyyətində prezidentlə parlament deputatları arasında münasibətlər gərginləşməkdə davam edir. Qeyd edək ki, prezidentin iftar süfrəsinə dəvət etdiyi 290 parlament deputatından ancaq 20-si dəvəti qəbul edib. Adı çəkilməyən iranlı bir səlahiyyətlinin verdiyi xəbərə görə, bu deputatların gəlməməsinə səbəb prezident M.Əhmədineajdın Nazirlər Kabinetinə üzvlük haqqında məsələni onlarla müzakirə etməməsi olub. Prezident yeni təyin olunacaq nazirləri parlament üzvləri ilə müzakirə etmədiyinə görə onların tənqid hədəfinə çevrilib. Öz növbəsində M. Əhmədinejad bu məsələyə şərh verərək bildirib ki, o, irəli sürdüyü namizədlər barəsində 290 deputatın hamısı ilə məsləhətləşə bilməzdi. Bu hadisə ilə yanaşı parlament üzvlərinin prezidentin saxta seçkidən sonra keçirilən andiçmə mərasimində də iştirak etmədikləri bildirilir. Lakin nə bu məlumat, nədə ki "Etemad"da dərc olunan xəbər təsdiqini tapmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar