SON XƏBƏRLƏR

Gürcüstan MDB-dən çıxdığına görə, Moskva İran vasitəsilə Ermənistanı vəziyyətdən çıxarmağa çalışacaq

2021.10.20, 07:36
Gürcüstan MDB-dən çıxdığına görə, Moskva İran vasitəsilə Ermənistanı vəziyyətdən çıxarmağa çalışacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistanda iqtisadi vəziyyəti kəskinləşdirəcək daha bir amil ortaya çıxıb. Qonşu Gürcüstanın Müstəqil Dövlətlər Birliyindən çıxması Ermənistan iqtisadiyyatını iflic vəziyyətinə salır. Avqustun 18-də Gürcüstanın Müstəqil Dövlətlər Birliyindən çıxması prosesi sona çatdı. Tbilisinin bu addımı hazırda Gürcüstandan daha çox Ermənistan siyasi dairələrində ciddi narahatlığa səbəb olub. Gürcüstan Ermənistanı MDB və Rusiya ilə bağlayan yeganə ölkə olduğundan Yerevanın qurum ölkələri ilə ticarət əlaqələri iflic vəziyyətinə düşüb. Müstəqil Dövlətlər Birliyinin daxili qaydalarına əsasən üzv ölkələr arasında qarşılıqlı güzəştli gömrük, yükdaşıma, ticarət əlaqələri mövcuddur. İqtisadi durumu ağır olan Ermənistan üçün bu tip iqtisadi əlaqələr həyati əhəmiyyət daşıyırdı. Mütəxəssislərin proqnozlarına görə, Gürcüstanın MDB üzvlüyündən imtina etməsi 2011-ci ilə qədər Ermənistanın xarici ticarət dövriyyəsinin 57 faiz məhdudlaşmasına gətirib çıxaracaq. İlk növbədə ərzaq və maye yanacaq çatışmazlığının yaşanacağı güman olunur. Qərb mütəxəssislərinin fikrincə, Moskva İran vasitəsilə Ermənistanı vəziyyətdən çıxarmağa çalışa bilər. Amma bunun o qədər də effektiv olacağı inandırıcı deyil. Beləliklə də, Ermənistanın Müstəqil Dövlətlər Birliyi ölkələri ilə ticarəti davam etdirmək üçün bir yolu qalır – Azərbaycan. Amma Dağlıq Qarabağ münaqişəsi həllini tapmadıqca Ermənistan iqtisadiyyatı məhvə məhkumdur. 2009-cu ilin ilk yeddi ayı ərzində Ermənistanda ümumdaxili məhsul 18,5 faiz aşağı düşüb. Ən böyük eniş tikinti sektorunda qeydə alınıb – 55 faiz. İlin ilk yarısında ölkənin xarici ticarət dövriyyəsi 32,7 faiz azalıb. İdxal ixracı 4,7 dəfə üstələyib. 2009-cu ildə bu ölkədə işsizliyin səviyyəsi 11,1 faiz artıb və hazırda Ermənistanda rəsmi qeydiyyatda 90 mindən artıq işsız var. Sözügedən statistikalar sürətlə Ermənistanın əleyhinə dəyişməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar