SON XƏBƏRLƏR

Cinsi təcavüzə məruz qalmış 4 gənc məhkəmədə ifadə verəcək

2021.10.20, 07:36
Cinsi təcavüzə məruz qalmış 4 gənc məhkəmədə ifadə verəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Seçkilərin nəticəsini tanımayan prezidentliyə namzəd, cənab Mehdi Kərrubi avqustun 24-də parlamentin “özəl komitə”-ilə görüşü baş tutub. Görüşdə Mehdi Kerrubi cinsi təcavüzlə bağlı fikirlərini və süsusu ilə məhbuslardan eşiddiklərini dilə gətirib. parlamentın “özəl komitə”-nin sözcüsü Kazim Cəlali mehr xəbər agentliyinə deyib ki: Mehdi Kərrubi 4 nəfərin ona müraciət edib və təcavüzə məruz qaldıqlarını deyiblər. o 4 nəfər mövcuddurlar və təhlükəsizlikləri təmin ediləcəyi təqdirdə gənclərin açıq şəkildə cinayətin qurbanı kimi məhkəmədə ifadə verməyə hazır olduqlarını bildirib. bunu Kərrubi parlamentin özəl nümayəndələrinə deyib. Bir müddət əvvəl Təranə Musəvi adlı gənc qızın Tehrandakı həbsxanaların birində zorlandığı və yandırılaraq qətlə yetirildiyi xəbəri də yayılmışdı. Xatırladaq ki 3 həftə öncə Mehdi Kərrubi cənab Haşimi Rəfsəncaniyə bir məktub ünvalayaraq zindanlarda son hadisələrdə tutuqlanmış məhbusların cinsi təcavüzə məruz qalmaları ilə bağlı məlumat vermişdi. Ancaq bu iddia islam cümhüriyətinin məqamları tərəfindən təkzib olunurdu. Buna rəğmən cənab kərrubi qeyd etdi ki iddialarımı sübut edəcək sənəd və faktları təqdim edəcəyəm.gunaz.tv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar