SON XƏBƏRLƏR

Mərhum ADİL ERŞADİFƏRin dəfn mərasimində milli fəalların çıxışı oldu

2021.10.20, 07:36
 Mərhum ADİL ERŞADİFƏRin dəfn mərasimində milli fəalların çıxışı oldu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin “milliharakat”-a istinadən yaydığı məlumata görə, avtomobil qəzasında hayatını itirən, Azərbaycanın tanınmış yazıçısı cənab ADİL ERŞADİFƏRın dəfn və yas mərasimi 22 və 23 avqusta Ərdəbil şəhərində qeyd olundub. Mərasimdə bir çox milli fəal o cümlədən cənab Abbas Leysani iştirak ediblər. Çox təntənə ili qeyd olunan yas mərasimi cənab Abbas Leysaninin çıxışı ilə yadda qalıb. Cənab Leysanı Azərbaycanın milli-mənəvi hüququnun önəmini vurqulayaraq mərhum Erşadifərin bu zəmində etdiyi fəaliyətlərə toxunub. O mərhumun dil sahəsində apardığı tədqiqatları çox qiymətli olduğunu bəyan etdi. Cənab Leysani bu itki münasibəti ilə Azərbaycan türk millətinə və onun ailəsinə başsağlığı verib. Mərhumun yaxunlarının verdiyi məlumata görə, İran təhlükəsizlik qüvvələri insanların qalabalığını görərək mərhumun xanımından tələb ediblər ki milli fəallarla o cümlədən Leysani bəyə məlumat versinlər ki mərasimdə iştirak etməsinlər. Onlar deyiblər ki bəzi səbəblərə görə biz bunu etmirik ancaq siz milli fəalların mərasimdə iştirakının qarşısını alın. Bütün təzyiqlərə baxmayaraq milli fəallar mərasimdə aktiv şəkildə iştirak ediblər. Xatırladaq ki mərhum ADİL ERŞADİFƏR avqust ayının 21-də avtomobil qəzasında hayatını itirib. O müxtəlif elmi məqalələr və bir neçə kitabın mütərcimi və müəllifidir. O cümlədən “türk sözlərinin fars dilində və ədəbiyatında sözlüyü” və “Azərbaycanın 5 min illik tarixi”-ni ad çəkmək mümkündür.günaz.tv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar