SON XƏBƏRLƏR

MİLLİ HÖKÜMƏTİNİN BANİSİ SEYİD CƏFƏR PİŞƏVƏRİ ANILACAQ

2021.10.20, 07:36
MİLLİ HÖKÜMƏTİNİN BANİSİ SEYİD CƏFƏR PİŞƏVƏRİ ANILACAQ

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "DAK"a istinadən yaydığı məlumata görə, 26 Avqust Güney Azərbaycanda 1945-1946-cı il milli hökumətin banisi Seyid Cəfər Pişəvərinin anadan olmasının 117-ci il dönümü munasibətlə Milli Elmlər Akademiyası və Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü, 21 Azər təşkilatının dəstəyi ilə 26 avqust 2009-cu il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan Kulubunda konfrans keçiriləcək. Konfransda Azərbaycanın tanınmış tarixçi alimlər, siyasi, ictimai xadimlər, diaspor təşkilatların rəhbərləri, yazıçılar, DAK rəhbərliyi, DAK GT fəalları, tələbələr, Güneyli-Quzeyli milli fəallar Azərbaycanın tarixi şəxsiyyətlərindən olan Seyid Cəfər Pişəvərinin həyat və yaradıcılığından, milli hökumətin bu günkü Güney Azərbaycan milli azadlıq hərəkatına təsiri və Pişəvərinin haqqında yazılan kitablar haqqında məruzələr və çıxışlar olacaq. Konfransın sonunda tədbir iştirakçıları Fəxri Xiyabanda mərhum Seyid Cəfər Pişəvərinin məzarını ziyarət edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar