SON XƏBƏRLƏR

Sabiq parlament üzvü Fatimə Həqiqətcu: bir psixoloq kimi deyirəm Əhmədinəjad sağlam adam deyil, o ruhi xəstədir

2021.10.20, 07:36
Sabiq parlament üzvü Fatimə Həqiqətcu: bir psixoloq kimi deyirəm Əhmədinəjad sağlam adam deyil, o ruhi xəstədir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı məlumata görə, ABŞ-da yaşayan sabiq parlament üzvü Fatimə Həqiqətcu jurnalistlərə açıqlamasında yeni hökumət kabinetinə üç qadının gətirilməsinə toxunaraq İran prezidenti Mahmud Əhmədinejadı tənqid edib. Əhmədinejad bir həftə əvvəl üç qadının nazir postuna gətirilməsinin səbəbini açıqlayaraq demişdi ki, bu, kabinetdəki kişilərin öz rəftarlarını tənzimləməsi və danışıqlarına fikir vermələri üçündür. F.Həqiqətcu deyib: “Əhmədinejad hökuməti yalan və hiyləyə əsaslandığından onun bu hərəkəti də qadınlara xidmət etmək, onları ölkənin siyasi həyatına gətirmək məqsədi güdmür. Onun əsl məqsədi ölkədəki yaşıl hərəkatın ilk cərgəsində yer alan qadınların hökumətə mənfi rəyini dəyişməkdir”. Sabiq deputat Əhmədinejadın nazir postuna gətirmək istədiyi kişilərdən biri haqqında qeyri-etik ifadəsinə də toxunub. Əhmədinejad Səhiyyə Nazirliyinə seçdiyi doktor Lənkəranini parlamentə təqdim edərkən haqqında belə demişdi: “O, çox təmiz, və nəcib insandır. Şaftalı kimidir. Adam onu istədiyindən yemək istəyir”. Həqiqətcu deyib: “Mən bir psixoloq kimi bildirirəm ki, Əhmədinejadda ruhi xəstəliyin bütün simptomları mövcuddur. O, sağlam adam deyil. Beynindən keçəni dərhal dilinə gətirir. O, bir ruhi xəstədir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar