SON XƏBƏRLƏR

Tehranda dördüncü kütləvi mühakimə baş tutdu

2021.10.20, 07:36
Tehranda dördüncü kütləvi mühakimə baş tutdu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu gün İranda prezident seçkilərindən sonra etiraz aksiyalarında tutuqlanmış məhbusların mühakiməsi keçirilir. Bu sayca dördüncü məhkəmə prossesidir. Keçirilən məhkəmə prossesində İranın tanınmış siyasi simalarıda yer alır. O siyasi şəxsiyətlər bunlardan ibarətdir: Müşarikət cəbhəsinin baş katibi Möhsün Mirdamadi, Müşarikət cəbhəsinin Mərkəzi Şurasının üzvləri Möhsün Səfayi Fərahani, Səid Şəriəti, Abdullah Ramazanzadə, Möhsün Əminzadə, Şəhab Təbatəbayi, Əli Tacerniya, İran İnqilab Mücahidləri Təşkilatının Mərkəzi Şursaının üzvləri Behzad Nəbəvi, Feyzullah Ərəbsorxi, Sadiq Noruzi, Karqozaran Partiyasının Mərkəzi Şurasının üzvi Hidayətullah Aqayi, İranın Ziyalılar Təşkilatının baş katibi və tanınmış jurnalist Əhməd Zeydabadi, prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvini dəstəkləyən tələbələr təşkilatının sədri Həmzə Qalibi və iranlı jurnalist Məhəmməd Quçani . Həbs olunanlar terror qrupları ilə əlbir olmaqda, partlayıcı qurğu qoymaqda, odlu silah, əl qumbarası daşımaqda, polis və könüllülərə, universitetlərə və polis məntəqələrinə hücumda, mitinqlə bağlı şəkilləri xarici mətbuata ötürməkdə, quldurluq etməkdə, asayişi pozmaqda, ümumi və dövlət malına ziyan vurmaqda və ən önəmlisi xarici qüvvələrin köməyi ilə “məxməli çevriliş” istəyində olmaqda ittiham olunurlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar