SON XƏBƏRLƏR

Seçkilər ETTELAAT-da parçalanma yaradıb

2021.10.20, 07:36
Seçkilər ETTELAAT-da parçalanma yaradıb

Gunaz.tv
İran Milli Təhlükəsizlik Nazirliyi İnqilabdan sonra yaranan və təhlükəsizlik məsələləri ilə bağlı fəaliyyət göstərən rəsmi bir quruluşdur. Onu bir çox hallarda ETTELAAT-da adlandırırlar. Nazirliyin fəaliyyətinin əsasını informasiaların toplanması, onların saxlanılması, daxili və xarici informasia şəbəkələrinin fəaliyyətini məhdudlaşdırmaq təşkil edir. Iyul ayının 27-də İran Prezidenti Mahmud Əhmədinejad Təhlükəsizlik Naziri Mohseni Ejeini öz vəzifəsindən azad etdi. Məlumata əsasən prezident, İsfəndiyar Rəhim Muşaini Rəhbərin göstərişinə rəğmən birinci müavin təyin etdiyi zaman təhlükəsizlik naziri Ejei ilə Əhmədinehad arasında münahisə olub. Bunun nəticəsində przident təhlükəsilik nazirinin vəzifədən azad olması barədə sərəncan verib. Bu hadisə 9-cu hökumətin səlaihiyyətlərinin başa çatmasına 8 gün qalmış baş vermişdi. Bəzi məlumatlara əsasən Ejei prezidentin Təhlükəsizlik Nazirliyinin işinə müdaxilə etməsinə maneçilik törədir və qurumun müstəqil fəaliyyətini təmin edirdi. Ejeinin kənarlaşdırılmasının səbəblərindən biri də TV-də yalançı etirafların yayılmasına onun etirazı etməsi olub. Əhmədinejad Təhlükəsizlik Nazirini vəzifədən azad etdikdən sonra İran Televiziyasında müsahibəsində bildirib ki, əgər Təhlükəsizlik Nazirliyi öz vəzifəsini düzgün yerinə yetirsəydi küçələrdə son zamandakı hadisələri baş verməzdi və insan tələfatı olmazdı. Prezident vurğulayıb ki, “Ejei dürüst insandı, ona fəaliyyətinə görə təşəkkür edirəm. amma nazirlikdə bir çox dəyişikliklərin olmasina ehtiyac var”. Prezident Əhmədinejad Heydər Müslehini yeni təhlüksıizlik naziri kimi parlamentə təqdim eib. Onun bu vəzifəyə təyin olunması üçün parlamentin etimad göstərməsi vacibdi. Xatırladaq ki, bundan əvvəl Ələvi bu vəzifəni qəbul etməkdən imtina edib. Əhmədinejad Ejeini vəzifədən azad etdikdən sonra Nazirlikdə uzun müddət fəaliyyət göstərən və qurumun önəmli adamlarından sayılan bir neçə nəfəri də işdən çıxarıb. İşdən azad edilənlər arasında Təhlükəsizlik Nazirininn daxili siyasi məsələlər üzrə “xüsusi müavini” Hacı Həbibullah və “əks- kəşfiyat” üzrə müavin Xəzayi də olub. Xatırladaq ki. bu mühüm vəzifələrdə işləyən hər iki şəxs Ali Dini Rəhbərin də etimad etdiyi insanlardı. Hac Həbibullah 20 ildən çoxdur ki ETTELAAT-ın müxtəlif bölmələrində həssas vəzifələrdə fəaliyyət göstərib. Hac Həbibullah da, siyasi baxımdan Əhmədinejaın istəklərini yerinə yetirməkdən imtina etdiyinə görə öz vəziəsindən azad olunub. Elə Xəzayi də tanınmış məmurlardan sayılır və dəfələrlə parlamentlə hökumət arasında problemlər yarananda yetkililərin ixtilaflarını araşdırmaq üçün ona səlahiyyətlər verilib. Onu vəzifədən kanarlaşdırmağın əsas səbəblərindən biri də, Seyid Hüseyn Musəvinin casusliq ittihamını qəbul etməmək və İranda həbs olunan ABŞ vətəndaşları Hale İbrahimi və Raksana Sabiri ilə normal davranması olub. Xatırlaadq ki, İranda inqilabdan sonra ilk Təhlükəsizlik Naziri Məhəmməd Reyşəhri olub. Reyşəhri, indi islahatçı cərgədə olan və prezident seçkilərindən sonra mövcud duruma etiraz edən Səid Həccariyanla birgə Təhlükəsizlik Nazirliyinin yaradıb. Haşimi Rəfsəncani prezident seçildikdən sonra Reyşəhrinin yerinə Əli Fəllahiyan təyin edilib. Bu dövr ETTELAAT-ın ən parlaq dövrü hesab olunur. Xatəmi hakimiyyətə gəldikdən sonra Qurbanəli Dorri Nəcəfabadi Təhlükəsizlik Nazirliyinin yeni naziri təyin olunub. Onun zamanında silsilə qətillər baş verdi və Nəcəfabadı bundan sonra istefaya getmək məcburiyətində qalıb. Onun yerinə təyin olunan Əli Yunisi isə ETTELAAT-in iqtisadi fəaliyyətini dayandırması ilə məşhurdur. Əhmədinejad isə hakimiyyətə gəldikdən sonra əvvəl Mustafa Pur Məhəmmədini sonra isə Qulamhüseyn Mohseni Ejeini Təhlükəsizlik Nazirliyinə təyin edib. Maraqlıdı ki, indiyə qədər Təhlükəsizlik Nazirliyinə təyin olunan nazirlərin hamısı Həqqani Məktəbinin məzunları olub. Əhmədinejadın özü də bu məktəbin məzunu sayılır, amma indiki halda onun belə addım atmasına yalnız hakimiyyətdə tam gücünü bərqərar etmək və ya hər bir şeyin öz əlində cəmləşdirmək kimi baxmaq olar. Artıq belə bir şübhə yaranıb ki, Əhmədinejad uzun müddət təcrübəyə malik olan məmurları yalnız ona itaətsizliyi və yaxud Musəvini dəstəklədikləri üçün işdən azad edir. Keçmiş Təhlükəsizlik Naziri Əli Yunisinin oğlu Həsən Yunisi şəxsi veb-blokunda bunu şəxsi hesablaşmalar kimi təqdim edir və bildirir ki, Əhmədinejad sistemin daxilində ona qarşı olan duran bütün amilləri və kadrları aradan götürməyə çalışır. Həsən Yunisi bunun sistem özü üçün çox təhlükəli olduğunu vurğulayıb. İran Təhlükəsizlik Nazirliyi yaranandan bu günə qədər heç bir zaman indiki kimi dəyişikliklərə məruz qalmyib. Hətta Xomeyni belə yeni Təhlükəsizlik Nazirliyinin yaranma əmrini verəndə belə, Şah dövründən qalan SAVAK məmurlardan istifadə etməyi tövsiyə etmişdi. Prezidentin apardığı geniş kadr dəyişiklikləri İranın təhlükəsizlik yetkililəri arasında ixtilafların olduğunu də göstərən amillərdən biridi. Görünür seçkilərdən sonra İran elitasında və siyasi dairələrində yaranmış parçalanma, təhlükəsizlik qüvvələrinə də təsirsiz ötüşməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar