SON XƏBƏRLƏR

Fars_Erməni iş birliyində axsaqlıq yaranıb

2021.10.20, 07:36
Fars_Erməni iş birliyində axsaqlıq yaranıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "express"-ə istinadən yaydığı məlumata görə, Ermənistan hökuməti İranla sərhəddə, Araz çayı üzərində Meğri su-elektrik stansiyasının inşasını təxirə salıb. İrəvanla Tehran Araz çayı üzərində Cənubi Qafqazda iki ən güclü su-elektrik stansiyası tikməyi planlaşdırıblar. Ermənistan tərəfdəki stansiya Meğridə, İran tərəfində isə Qaraçılarda olacaq. Stansiyalardan hər biri ildə 800 milyon kvt/saat elektroenerji hasil etməlidir. "Meğri su-elektrik stansiyasının inşasına başlanma vaxtının dəyişməsi və işlərin təxirə salınması İrandakı daxili siyasi situasiya ilə bağlıdır. Daha konkret desəm, İranda son prezident seçkilərindən sonra yeni hökumət tam tərkibdə formalaşmayıb və biz də belə şəraitdə rəsmi Tehranla çalışa bilmərik", - Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan bildirib. Onun dediyinə görə, layihəyə investisiya yatıracaq şirkətin seçimi və onunla müqavilə imzalanması, habelə stansiyaların inşası üçün torpaq sahələrinin ayrılmasını 2009-cu ilin IV rübünədək təxirə salınması təklif olunub. Halbuki bütün bunları III rübdə başa vurmaq planlaşdırılmışdı. Yeni SES-lər üçün fəaliyyət lisenziyalarının alınması isə 2010-cu ilə keçirilib. Ermənistanın özündə isə iqtisadi böhran və geriləmə sürətləndiyindən ölkənin elektrik enerjisi ilə təminatında problemlərin yarana biləcəyi istisna olunmur. Belə ki, Vorotan su-elektrik, İrəvan istilik-elektrik və Mesamor atom-elektrik stansiyalarının yanacaq, ehtiyat hissələri, avadanlıq və s. ilə təminatının maliyyələşdirilməsində aşkar problemlər hiss olunur. Məhz bu səbəbdən də baş nazir Tiqran Sərkisyan dünənki qapalı toplantıda böhrandan çıxış yollarını müzakirə edib. Həmin variantlar arasında Dağlıq Qarabağa verilən təbii qaz və elektroenerjinin həcmlərinin yay məhdudlaşdırılması, ya tariflərin artırılaraq maliyyələşdirmə yollarının aranması olub. Hələlik ikinci variant seçilib və maliyyələşdirmə mənbəyi qismində də xarici ölkələrdə yaşayan erməni diasporu seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar