SON XƏBƏRLƏR

Doğu Türküstanda baş verən hadisələrlə bağlı mühakimələr başlayır

2021.10.20, 07:36
Doğu Türküstanda baş verən hadisələrlə bağlı mühakimələr başlayır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Ötən ay Çinin Doğu Türküstan (Sincan vilayəti)də baş ver kütləvi iğtişaşların təşkilində ittiham edilən təqribən 200 adamın işi ilə bağlı məhkəmə prosesi başlayır, deyilir Çinin China Daily Newspaper qəzetində. Bu qəzetə hökumət də ona nəzarət edir. Odur ki, onların təsdiqlənmədən və ya səhv şəkildə belə həssas materialı dərc edə biləcəklərinə inanmaq çətindir. Amma bunu deməklə yanaşı bu gün BBC məhkəməyə və Sincanın yerli hökumətinə zəng vurub. Onların heç biri məhkəmənin başlanğıcı barədə məlumat vermək istəməyib. Buna baxmayaraq, hökumət bu məhkəmələrin mümkün olduğu qədər tez bir zamanda keçirilməsinə çalışır. Problemlərdən sonra onlar ittiham edilənlərin işinə tez və sərt bir şəkildə baxmaq istədiklərini deyiblər. Başqa məlumatlara əsasən hakimlərdən ibarət dəstə artıq təşkil edilib və məhkəmələrə təqdim etmək üçün dəlillər toplanmaqdadır. Odur ki, bu məhkəmələr tez və yerli ədliyyə sisteminə uyğun şəkildə keçiriləcək Proses bölgə paytaxtı Urumçi şəhərində bu həftə ərzində keçirilməlidir. Əsasən müsəlman uyğur azlığının yaşadığı Sincan vilayətində rəsmi məlumatlara görə yer alan zorakılıq nəticəsində 200-dək adam öldürülmüş və iki mindən artıq adam xəsarət almışdır. Hadisə yaxın onilliklər ərzində etnik zəmində Çində baş verən ən şiddətli iğtişaş hesab edilir. Pekin “yerli ekstremistlərin ” xaricdən təşviq edildiyini bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar