SON XƏBƏRLƏR

Etirazçılarin kütləvi şəkildə basdırıldığı(44 meyit) iddiası gündəmə gəlib

2021.10.20, 07:36
Etirazçılarin kütləvi şəkildə basdırıldığı(44 meyit) iddiası gündəmə gəlib

Gunaz.tv
GÜNAZ.TV məbuat mərkəzinin əldə etdiyi məlumata görə, Tehranda 44 gənc aksiyaçının meyitləri ay yarım əvvəl kütləvi olaraq basdırılıb. Bu xəbəri İranın islahatçı qurumlarından olan İslami İran Müşarikət Cəbhəsinə yaxın “Novruz” qəzeti avqustun 23-də yayıb. Sitəmizin iran və xarici KİV-dən aldığı məlumata görə, meyitlər Tehran morqlarının birində saxlanırmış. İranda hakimiyyətə bağlı mənbələr seçkidən sonra düzənlənən aksiyalarda 30 nəfərin öldüyünü desələr də, hüquq müdafiəçiləri etirazlarda yüzlərlə şəxsin bu günə qədər itkin düşdüyünü nəzərə alaraq, ən azı 400 nəfərə yaxın aksiyaçının qətlə yetirildiyini vurğulayırlar. Aldığımız başqa bir məlumata görə, İran parlamentinin mühafizəkar nümayəndələrindən biri, islahatçılar tərəfindən yayınan bu xəbərə reaksiya verib. O qeyd edib ki bununla bağlı həmən sənəd təqdim etməlisiniz. Mühafizəkar nümayəndə bununlada kütləvi meyit basdırma iddiasını rəngsiz göstərmək istəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar