SON XƏBƏRLƏR

Iran əhalisinin hər 843 nəfərdən biri, HIV virisuna yoluxub

2021.10.20, 07:36
Iran əhalisinin hər 843 nəfərdən biri, HIV virisuna yoluxub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, HIV virusu yavaş yavaş və rəhmsizcəsinə cəmiyət içində irəlləyir. İran səhiyə nazirliyinin AİDS-ın kontrol idarəsinin rəisi elan edib ki İranda 83 min nəfər AIDS xəstəliyinə tutulub. ancaq onlardan bu günə qədər 19 mini təhqiq edilib və müəyyənləşib. əgər onun qeyd etdiyi 83000 nəfər doğru olursa, bu o deməkdir ki ölkə əhalisinin hər 843 nəfərdən biri HIV virusuna yoluxub. Bu istatistka isə çox dəhşətli bir rəqəmdir. Olunan təhqiqata görə İranda AIDS-ə yoluxanların ortalama yaşı 20-34 arasıdır, buda cinsi münasibətlərin ən çox göründüyü yaşdır. Qeyd edək ki İranda xüsusi ilə rəsmi tribunalarda cinsi məsələlərlə bağlı söhbət etmək vəya hər hansı bir təlim və informasiya vermək qadağandır buda gündən günə bu xəstəliyin yayınmasında xüsusi rol oynayır.günaz.tv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar