SON XƏBƏRLƏR

“Ermənistan təmsilçisinin xeyrinə səs vermiş 43 Azərbaycan vətəndaşının əməli ictimai müzakirədə” adlı tədbir keçirildi

2021.10.20, 07:36
“Ermənistan təmsilçisinin xeyrinə səs vermiş 43 Azərbaycan vətəndaşının əməli ictimai müzakirədə” adlı tədbir keçirildi

Gunaz.tv
Dünya Azərbaycanlıları Gənclər Birliyinin təşkilatçılığı və Dünya Azərbaycanlıları Konqresinin (DAK) dəstəyilə «Evrovision 2009» mahnı yarışmasında Azərbaycan vətəndaşlarının Ermənistan təmsilçisinə səs verməsilə bağlı ictimai müzakirə keçirilib. Tədbiri açıq elan edən DAGB sədri Seymur Həsənli tədbirin təşkil olunmasında məqsədin bu gənclərin əməllərinin ictimai müzakirəyə çıxardaraq qınaq obyektine çevirmek olduğunu bildirdi. Daha doğrusu Milli Təhlükəsizlik Nazirliyinin sorğusundan sonra gənclərin müxtəlif qəzetlərə açıqlama verməsində məqsədlərinin nəyə dəlalət etdiyini cəmiyyətə çatdırmaqdır. Açılış nitqindən sora ilk sözü DAK- mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyliyə verdi. Əlirza bəy Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini yad etməklə bildirdi ki, yarışmada erməni mahnısına 43 səs göndərənlər ölkənin milli maraqlarına zərbə vurublar: «Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bu şəxsləri sorğulaması olduqca normaldır. Çünki söhbət Azərbaycan torpaqlarını işğal edən, faktiki müharibə şəraitində olan dövlətin təmsilçisinə səs verməkdən gedir. Bu insanlar sadəcə, MTN-ə çağırılmalarını gündəmə gətirməklə beynəlxalq ictimaiyyətdə haqlarının pozulması ilə bağlı fikir formalaşdırmağa çalışırlar. Məqsəd isə Avropa ölkələrindən sığınacaq almaq və Erməni lobbisinin maddi dəstəyini qazanmaqdır məncə bu öncədən ermənilər tərəfindən hazırlanmış Azərbaycan dövlətinin imicinə zərbə vurmaq idi. Lakin onların təxribatı baş tutmadı ona görəki Azərbaycan şərq ölkələri arasında tolerantlığına görə birinci yerdədir. Azərbaycanda olabilər ki, kimlərinsə hakimiyyətdən xoşu gəlməsin amma Azərbaycan dövlətiçiliyinə münasibət hakimiyyətə münasibətlə ayrı-ayrı məsələlərdir Azərbaycan dövləti 50 milyon Azərbaycan türkünün dövlətidir və bu dövləti qorumaq hər bir Azərbaycanlının milli borcudur.” Ümid Partiyasının sədr müavini Taleh Əliyev isə bildirib ki, MTN-in bu şəxsləri dindirməsində heç bir qanun pozuntusu yoxdur: «Onlara qarşı zor tətbiq edilməyib, normal həyatlarına hər hansı məhdudiyyət qoyulmayıb». Tədbirdə çıxış edən Azər Həsrət də bu sorqulamaya müsbət yanaşdığını bildirdi: “ABŞ-a səfər edərkən əl izləri götürülür. Bəlkə də bundan böyük insan hüquqlarının tapdanması halı yoxdur. Amma ABŞ bunu öz dövlət və milli təhlükəsizliyi üçün edir.” Azər bəy həmçinin bu yaxınlarda həbsdə dünyasını dəyişən jurnalistin ölümünü bəzi orqanların şişirtməsində günahlandırdı. ”Ölüm haqdır,bu insan hər yerdə ölə bilərdi ki, onun da qismətinə həbsdə ölmək yazılıbmış. Buna siyasi don geyindirmək olmaz.” Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri, doktor Qulamrza Səbri Təbrizi isə bu kimi gənclərin əməlini anlamadığını bildirdi: “Cox təəsüf ki, içimizdə bu kimi insanlara da rast gəlinir. Düşmən tarixən olduğu kimi bu gün də onlardan bizə qarşı istifadə edir.” Tədbir təşkilatçılarına təşəkkürünü bildirən Səbri bəy Güney Azərbaycan məsələsinə toxundu: “Güneyin azadlığından sonra güclü milli kadrlara ehtiyac hiss olunacaq ki, bu boşluğu da sizlər dolduracaqsınız.” Toplantı iştirakçıları bildiriblər ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad edənə qədər iki ölkə arasında hər hansı münasibət yaradılması qanunla qadağan edilməlidir. Tədbirdə xanımlardan Dünya xanım, Sənubər xanım, Sədaqət Xanım, Mətanət xanım və müxtəlif gənclər təşkilatlarının rəhbərləri çıxış edərək bu kimi gəncləri kiçik maraqlara görə Azərbaycan dövlətini və onun təhlükəsizlik orqanlarını nüfuzdan salmaq cəhdində günahlandırıb. Onları öncədən qurulmuş planın qurbanına çevrilməkdə qınayıblar. “Yeni Nəfəs İnformasiya Mərkəzi”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar