SON XƏBƏRLƏR

Azərbaycan türkü beynalxaq yarışda bütün TÜRK DÜNYASInı təmsil edəcək

2021.10.20, 07:36
Azərbaycan türkü beynalxaq yarışda bütün TÜRK DÜNYASInı təmsil edəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Polşada beynəlxalq Henrik Vyenyavski skripka müsabiqəsi keçiriləcək. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, həmin müsabiqədə ölkəmizi musiqi təhsilini Ankarada davam etdirən azərbaycanlı skripkaçı təmsil edəcək. Prezident təqaüdçüsi Elvin Hoca Qəniyev adıgedən müsabiqədə türk dünyasını təmsil edəcək. Müsabiqə iştirakçıları arasında ən gənc ifaçı olan 11 yaşlı həmyerlimiz TÜRKSOY təşkilatının türk dünyasının gənc istedadlarının dəstəklənməsi məqsədi ilə təsis etdiyi xüsusi təqaüdə layiq görülüb. Qeyd edək ki, Elvin Hoca Qəniyev Henrik Vyenyavski müsabiqəsində 52 dəfə Türkiyəni təmsil etmiş məşhur Ayla Durandan sonra türk dünyasından bu nüfuzlu tədbirdə iştirak edəcək ikinci ifaçı olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar