SON XƏBƏRLƏR

Afina Od içində. şəhərdə fövqəladə vəziyyət elan olunub

2021.10.20, 07:36
Afina Od içində. şəhərdə fövqəladə vəziyyət elan olunub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin “RİA Novosti”-yə istinadən yaydığı məlumata görə, Yunanıstanın paytaxtı Afina şəhərinin ətrafında güclü meşə yanğınları davam edir. ölkə prezidenti Karolos Papulyas şəhərdə fövqəladə vəziyyət elan edib. Yanğın bilavasitə paytaxta yaxınlaşıb. Yerli hakimiyyət orqanları şəhər ətrafında yaşayan əhalinin – 10 mindən çox adamın evakuasiya edilməsi barədə qərar veriblər. Qeyd edək ki, yanğın tüğyan edən ərazidə 3 milyona yaxın adam yaşayır. Meşə yanğınları Afinanın 20 kilometrliyinə çatıb. Sürəti saatda 50 kilometrə çatan güclü külək nəticəsində alovu söndürmək mümkün olmur. Güclü tüstü isə yanğınsöndürən təyyarələrin istifadə edilməsinə imkan vermir. Afina qubernatoru Yanis Squoros bildirib ki, indiyə qədər 15 min hektara yaxın meşə zolağı yanıb. O, baş verən olayı “ekoloji faciə” adlandırıb. Bundan əlavə, yüzlərlə ev və maşın yanıb. Yunanıstan kömək üçün Avropa ölkələrinə müraciət edib. Artıq İtaliya, Fransa, Avstriya və yunan Kipri kömək üçün təyyarə və vertolyotlarını göndəriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar