SON XƏBƏRLƏR

İran, ABŞa "insan hüquqları" dərsi verəcək!

2021.10.20, 07:36
İran, ABŞa "insan hüquqları" dərsi verəcək!

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin İran KİV-nə istinadən yaydığı məlumata görə, İran ABŞin İrandakı prezident seçkilərindən sonra bu ölkədə insan hüquqlarının pozulması ilə bağlı tənqidlərinə cavab addımı atmaq fikrindədir. Bu istiqamətdə İran Amerika Birləşmiş Ştatlarında məhkumların hüquqlarının pozulması faktları ilə bağlı araşdırmalara başlamaq fikrindədir. Hətta buna görə İran hökuməti 20 milyon dollar ayırmağa da hazırdır. Ehtimal edilir ki, bu məsələ parlamentin müzakirəsinə çıxarılacaq. Təklif dəstəklənsə, 7 nazirin daxil olacağı komitə Amerika Birləşmiş Ştatlarındakı, həmçinin terrorçuluqda şübhəli bilinərək Amerikanın Avropa ölkələrindəki gizli həbsxanalarında saxlanılan dustaqlara qarşı işgəncə faktlarının araşdırılması ilə məşğul olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar