SON XƏBƏRLƏR

Türk Dünyası Gənclik Günləri və Qurultayı başa çatdı

2021.10.20, 07:36
Türk Dünyası Gənclik Günləri və Qurultayı başa çatdı

Gunaz.tv
2009-cu il avqustun 9-dan 15-dək Kırımda keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayı başa çatmışdır. Gənclik Günləri və Qurultayında Türk dövlət, muxtar dövlət və topluluqlarında fəaliyyət göstərən 40 gənclik qurumunu təmsil edən 220 nümayəndə iştirak edirdi. Qeyd edək ki, türk Dünyası Gənclik Günləri və Qurultayları 1992-ci ildən başlayaraq keçirilir. Türkiyə Başbakanlık Tanıtma Fonu, TİKA və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan Türk Dünyası gənclərinin zirvə toplantısı avqustun 10-da “Yalta-Otel”də rəsmi törənlə açıldı. Açılış törənində Ukrayna Ali Radasının üzvləri - Kırım Tatar Milli Məclisinin başqanı Mustafa Abdulcəmil Kırımoğlu, Ümumdünya Kırım Tatar Konqresinin başqanı Rafat Çubarov, Azərbaycan Milli Məclisinin üzvü Əkrəm Abdullayev, İraq parlamentinin üzvü Fövzi Əkrəm Tərzioğlu, “Bizim Kırım” İctimai Birliyinin başqanı Abduraman Egiz, “Türk Ocaqları”nın baş katibi, professor Orxan Kavunçu, Ukrayna Prezidentinin Kırım üzrə nümayəndəliyinin müavini Buqdan Tubas, Kırım Pedaqoji Universitetinin rektoru, professor Fövzi Yakubov, eləcə də Türkiyənin Kırım fəxri konsulluğunun, Kırım Muxtar Respublikası Hökuməti və parlamentinin təmsilçiləri çıxış etdilər. Açılış törənində Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin, Türkiyə Cümhuriyyətinin başbakanı Rəcəb Tayyib Ərdoğanın, “Türk Ocaqları”nın başqanı professor Nuri Gürgürün , Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin Mədəniyyət məsələləri Komitəsinin sədri, professor Nizami Cəfərovun, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru, türkoloq Yunus Oğuzun təbrik məktubları oxundu. Açılış törəninin I bölümünün sonunda Türk Dünyasının fərqli qurum və quruluşları tərəfindən Mustafa Abdulcəmil Kırımoğluna ödüllər təqdim olundu. “Açılış törəni”nin II bölümündə Batı Trakyadan Ozan Əhmədoğlu, Başqurdistandan Timur Lukman, Çuvaşıstandan Oleq Tsiplenkov, Qazaxıstandan Dosay Gəncətay, Makedoniyadan Bilgin Dəmir, Tatarıstandan Elnar Sayfuddinov, Hakasiyadan Yevgeni Uşkoyev, Kərkükdən Şəmsəddin Kuzəci və Fino-uqurları təmsilən Vasili Petrov çıxış etdilər. Törənin sonunda “Türk Dünyası Musiqi Topluluğu” türk boylarının türkülərindən, şərqilərindən örnəklər səsləndirdi. Günün ikinci yarısında “Keçmişdən günümüzə Kırım mıllı mücadiləsi və İnsan haqları” mövzusunda simpozium keçirildi. Simpoziumda Kırım Tatar Gənclər hərakatının tanınmış nümayəndələri İsgəndər Bariyev və Abduraman Egiz, eləcə də Türkiyədən gənc elm adamı dr. Bülənt Aksoy məruz ilə çıxış etdilər. Gənclik Günləri və qurultayının II günü Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Qurultayı keçirildi. DGTYB-nin Qurultayında “Türk Dünyası Ədəbiyyatı: Dünən, Bu Gün, Sabah”, “Ortaq keçmişdən ortaq gələcəyə gedən yolun mədəni əsasları” mövzlarında çıxışlar dinlənildi, Başqanlığın, Təftiş Komissiyasının hesabatları dəyərləndirildi, bir sıra güncəl məsələlər müzakirə edildi. Təşkilat məsələsinə baxan Qurultay Əkbər Qoşalını Başqan, Şəmsəddin Kuzəçini I müavin, Gülnaz Həsənovanı (Başqurdistan) təşkilat məsələləri üzrə başqan müavini, Bəstə Sakallını (K.K.T.C.) yaradıcılıq məsələləri üzrə başqan müavini, Rəsmiyyə Sabiri DGTYB Baş Katibi vəzifəsinə təsdiq etdi, Məclis və Təftiş Komissiyasının yeni tərkibini müəyyənləşdirdi. DGTYB VI Qurultayı, həmçinin DGTYB Məsləhət Kurulunun yaradılmasını və habelə yaşı gənclik yaşını keçmiş yazarları da əhatə edəcək yeni uluslararsı ictimai birliyin yaradılması ilə bağlı hazırlıqlara başlamaq üçün DGTYB başqanına yetgi verdi. DGTYB Qurultayında çıxış edən millət vəkili Əkrəm Abdullayev XIV Türk Dünyası Gənclik Günləri və Qurultayı adından DGTYB Başqanı və Başqanın I müavininə “Plaket” təqdim etdərək, Birliyin dövlət qeydiyyatına alınmasından keçən 10 il ərzində yaddaqalan işlər gördüyünü, təqdirəlayiq layihələr həyata keçirdiyini vürğulamışdır. Həmin gün həmçinin Türk Dünyası Gənc İlətişimçilər (Media Mənsubları) Birliyinin (TDGİB) də Qurultayı keçirildi, rəhbər orqanların hesabatları dinlənilib, qəbul edildikdən sonra, yeni rəhbər heyət formalaşdırıldı. Şəmsəddin Kuzəçi TDGİB Başqanı, Həyat Şəmi baş katıb vəzifəsinə təsdiq olundu. Günün ikinci yarısında Akyarda Türk Şəhidliyinə, Baxçasarayda Xan Sarayı, Zincirli Mədrəsə və İsmayıl Qaspiralı Muzeyinə ziyarət təşkil olundu. 12 avqustda Komissiyalar üzrə çalışmalar başlandı və “Siyasət”, “İstisadiyyat”, “Mədəniyyət-Sənət”, “Dil - Ədəbiyyat”, “Gənclik-İdman” adlı komissiyalarda uyğun “Rapor”lar hazırlandı. 12 avqustda həmçinin Nümayəndə Heyətlərinin Kırım Tatar Milli Məclisini ziyarəti və “Türk Dünyası yürüyüşü” gerçəkləşdirildi. Günün sonunda M.A.Kırımoğlu qonaqların şərəfinə “axşam yeməyi” verdi. Avqustun 13-də Türk Dünyası Gənclik Qurultayı qısa aralıqlarla üç toplantı gerçəkləşdirdi. Qeyd edək ki, hər gün sonu heyətlərin tanıtım proqramı təqdim olunurdu. Gənclik Günləri və Qurultayın son işçi günü – 14 avqustda komissiya raporlarının qəbulu, uluslararsı qurumlara, Türk dövlət başçılarına müraciətlər, Bəyanatlar, o cümlədən “Yalta Bildirisi” səsvermə yolu ilə qəbul edildi. XIV Qurultay M.A.Kırımoğluna Nobel barış Ödülünün və Atatürk Barış Ödülünün verilməsi ilə bağlı uyğun ünvanlara müraciət qəbul etdi. Türk Dünyası gəncliyini təmsil edən nümayəndələr DTGB qurucusu Talqat Əhmədişinin təklifi ilə Azərbaycanlı millət vəkili Əkrəm Abdullayevi DTGB başqanı, Əkrəm Abdullayevin təklifi ilə Türkiyəli gənc alim dr. Bülənd Aksoyu isə DTGB Yürütmə Kurulunun (İcraiyyə Komitəsinin) başqanı vəzifəsinə təsdiq etdi. Eyni zamanda Türk Dünyası Gənclik Günləri və Qurultaylarının daimi divanının (Rəyasət Heyətinin) tərkibi (DTGB başqanı, DGTYB başqanı, TDGİB başqanı. DTGB YK başqanı və Qurultay keçirilən ölkədəki yerli təşkilatın başqanı) təsdiq edildi. Qurultay nümayəndələri bir sonrakı Başqanlar Toplantısının Qaqauz yerində, XV Qurultayın isə KKTC-də keçirilməsinə razılıq verdilər. XIV Türk Dünyası Gənclik Günləri və Qurultayı “Ayrılış şöləni” ilə başa çatdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar