SON XƏBƏRLƏR

Rahat uyu, Böyük Bəy!

2021.10.20, 07:36
Rahat uyu, Böyük Bəy!

Gunaz.tv
Bu gün Elçibəyin haqq dünyasına qovuşduğu gün-Savalana yürüş günüdür Bu gün 60 milyonluq Azərbaycan türkünün sonsuza qədər unuda bilməyəcəyi gündür. 9 il öncə isti avqustun bu günündə quzeyli, güneyli Azərbaycan qardaş Türkiyənin başkəndi Ankaradan qara xəbər aldı. "Elçibəy Gülhanədə Tanrı dərgahına qovuşdu", dedilər. Bu xəbər bütün sevənlərini sarsıtdı, göynətdi. Qəribədir, özündən başqa hamı bu xəbəri çoxdan gözləyirdi. (Özünə sağalmaz xəstəliyə mübtəla olduğunu ölümünə qısa sürə qalmış demişdilər) Bununla belə bu xəbər sanki qəfil xəbərmiş kimi hamını sarsıtdı. Özü heç bu aqibətinə çox da üzülmürdü. "İnsan avtomobil qəzasında qəfildən də həyatını itirə bilər. Bu baxımdan xərçəng mərd xəstəlikdir. Adama onunla söhbətə imkan verir. Mənə xərçənglə söhbət etməyə imkan vermədilər". Dostları üzülməməsi üçün "səndə xərcəngdir" demişdilər. O isə bu bəd xəbərin deyilməsinə üzülmüşdü. O xərçənglə özünə görə yalvarmayacaq, aman diləməyəcəkdi. Çünki türkdür, türk düşməndən aman diləməz! O xərçəngdən möhlət istəyəcəkdi. Ona "xərçənglə söhbət etməyə imkan vermədilər". Bu xəstəliyi öncədən bilsəydi, niyyəti "çiynində dev yükü olan" Azərbaycan gəncliyinə yol göstərmək, Azərbaycanın gələcək inkişafının strategiyasını yazmaqdı. Güney Azərbaycandan, "rusun əli ilə ermənidən qoparılmış Qarabağdan nigaran getdi Böyük Bəy". Amma ümidlə getdi. Son nəfəsində "...nigaran gedirəm, ona görə ki, rusun əlilə ermənilərin bizdən qopardığı Qarabağ işğaldadır. Amma bu gün bütün varlığımla inanıram ki, Qarabağ işğaldan azad olunacaq", deyirdi. Güney Azərbaycandan, 200 ildə rus imperiyası tərəfindən Azərbaycandan qoparılmış Dərbənddən, Borçalıdan, İrəvandan nigaran getdi Bəy. Amma ürəkdən inanırdı ki, zaman gələcək, yenə dövran dönəcək dünyanı türk yönəldəcək, düşmənin zaman-zaman zəbt etdiyi qədim-qayım torpaqlarımız özümüzə qayıdacaq. Bunun Elçibəyin böyük önəm verdiyi möhtəşəm türk gəncliyi edəcək. Təbrizdən nigaran getdi Böyük Bəy. Yüz il öncə şahlar şəhəri, rusun, ingilisin hiyləgər siyasəti ilə farsın əsarətinə çevrilmiş baş tacımız Təbrizdən nigaran getdi. Şah babalarımızın sarayına arxa qapıdan soxulan, Səfəvi, Avşar dövründə ikinci dərəcəli millət statusuna sığınan farsın əsarətini sinirə bilməyən Təbrizdən. Amma inanırdı ki, tarix təkrar olunacaq, Dərbənddən Həmədana qədər böyük ərazidə yenə türkün bayrağı dalğalanacaq, türkün hökmü keçəcək. Bu inam boşuna deyildi. Elçibəy Təbrizi tanıyırdı. Bir əsrdə İranda üç inqilab eləmiş, üç dəfə kükrəmiş Təbrizi. Bilirdi ki, hər dəfə qalxdığında Təbrizi min bir hiylə ilə yolundan sapdırmış farsın hiyləsi bir gün keçməyəcək. "İranlı", "müsəlman" nağıllarının kəsəri azalacaq və Güney Azərbaycan türkü qarşısına bir məqsəd qoyacaq: şiəlik bayrağına bürünmüş İrandan, panfarsizmin əsarətindən qurtulub bağımsız dövlət qurmaq. "Bir vaxtlar Güney Azərbaycanın qurtuluşu yaxındadır" deyəndə bəzi ağzıgöyçəklər onun sözlərini ələ salır, "ciddi siyasətçiyə yaraşmayan açıqlama" sayırdılar. Amma 2006-cı ildə Güney Azərbaycan türkləri ayağa qalxıb bütün İranı titrədəndə boşuna işləyən çənələr dayandı, ağızlar açıla qaldı. "Amerikanın barmağı var bu işdə", "İranın öz oyunudur" deyə ağız büzənlər də oldu. Amma bilənlər bildi ki, bu həna o hənadan deyil. Şahlar, sultanlar yolda salmış Təbriz kənar fitnə ilə hərəkət etməz. Bir dəfə qalxar, qalxanda da inqilab qopar. Qərbə də, Şərqə də, dəngələrə də baxmaz. Bunu Elçibəy də bilirdi və buna görə də asanca "Güneyin istiqlalı uzaqda deyil" deyə bilirdi. Bu gün Güney Azərbaycan qurtulmayıb. Amma QURTULUŞ YOLUNA çıxıb. Savalanı türkün qibləsi sayan Böyük Bəyin qoyduğu yola. Heç kimin şübhəsi olmasın ki, bu yol Güney Azərbaycanı qrutuluşa, istiqlala aparacaq. Yaxın gələcəkdə dünya xəritəsində daha bir türk dövlətinin-Güney Azərbaycan Türk Cümhuriyyətinin qurulmasının şahidi olacağıq. Rahat uyu, Güneydən, Qarabağdan, Dərbənddən, Borçalıdan nigaran getmiş Böyük Bəy! Arzularının çin olacağı gün uzaqda deyil. Azərbaycan türkü qoyduğu hədəflərə çatacaq.Aydın

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar