SON XƏBƏRLƏR

İnterpol axtarışında olan Əhməd Vahidi İranın müdafiə naziri ola bilər

2021.10.20, 07:36
İnterpol axtarışında olan Əhməd Vahidi İranın müdafiə naziri ola bilər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin xarici KİV-nə istinadən yaydığı məlumata görə, Əhməd Vahidi Argentinadakı yəhudi mərkəzinndəki terror aktının təşkilində iştiraka görə İnterpol tərəfindən axtarılır. O hazırda İran müdafiə nazirliyinə namizəd hesab olunur və onun müdafiə naziri olma ehtimalı var. Vahidi və daha 5 nəfər İnterpolun siyahısına 2007-ci ilin noyabrında Argentinanın xahişi ilə salınıb. Argentina onları 1994-cü ildə “İsrail-Argentina” assosiasiyasının binasını partlatmaqda ittiham edir. Həmin hadisə zamanı 85 nəfər ölüb. Bu terror aktı İkinci dünya müharibəsindən sonra yəhudilərə qarşı İsrail hüdudlarından kənarda ən böyük terror aktı olub. Argentina prokuroru Alberto Nisman bildirib ki, o zaman İran İslam İnqilabı Keşikçiləri Korpusuna rəhbərlik edən Vahidi hücumun hazırlanmasında və həyata keçirilməsində əsas fiqur olub: “Vahidinin 1993-cü il avqustun 13-də keçirilən iclasda iştirak etdiyi barədə sübutlar var. Həmin iclasda hücumun həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib. Onun müdafiə naziri postuna təyinatı maraqlı olsa da, təəccüblü deyil. İran bundan əvvəl də terrorçulara himayədarlıq edərək onları yüksək postlara təyin edib. Amma belə bir yüksək posta təyinat ilk dəfədir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar