SON XƏBƏRLƏR

Erməni lobbi təşkilatı Barak Obamadan, Hilları Klintona Şikayət edib

2021.10.20, 07:36
Erməni lobbi təşkilatı Barak Obamadan, Hilları Klintona Şikayət edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans-pressə istinadən yaydığı məlumata görə, Ermənilərin lobbi təşkilatı olan ANCA ATƏT-in Minsk qrupunda ABŞ-ı təmsil edən Metyu Brayzadan dövlət katibi Hillari Klintona şikayət məktubu göndərib. Erməni təşkilatının sədri Ken Haçikyan bu məktubda ABŞ prezidenti Barak Obamanı ermənilərə verdiyi sözü yerinə yetirməməkdə və Türkiyənin maraqlarına uyğun hərəkət etməkdə ittiham edib. O, həmçinin Metyu Brayzanı Ermənistan və Dağlıq Qarabağla bağlı haqsız, həqiqətdən uzaq bəyanatlar verməkdə təqsirləndirib. Haçikyan amerikalı diplomatın Azərbaycanın tərəfində olduğunu, uzun müddətdir qondarma “erməni soyqırımı”nı inkar edən Türkiyənin mövqeyini dəstəklədiyini bildirib. Məktubda son zamanlar ABŞ-ın Ermənistana yardımlarının azalması da vurğulanıb. Qeyd olunub ki, bu amillər Birləşmiş Ştatların bölgədəki vasitəçilik missiyasına zərər verməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar