SON XƏBƏRLƏR

İranda siyasi çəkişmələr get gedə artır . S.SƏDRƏDDİN

2021.10.20, 07:36
İranda siyasi çəkişmələr get gedə artır . S.SƏDRƏDDİN

Gunaz.tv
İranda prezident seçkisinin qalmaqalları, sonuclara etiraz aksiyaları ara-sıra davam etməkdədir və ölkə rəhbərliyi bu təzahürləri susdurmaq üçün bütün mümkün vasitələrə əl atır. Görünür, kütləvi həbslərin, tutulanların zindanda işgəncəyə məruz qoyulmasının hakimiyyətə qarşı işlədiyi dərk olunur. Rejim başçılarının son günlər etirazçıların tələblərinə diqqət yetirdiyi bununla izah edilə bilər. Məsələn, müxalifətin təcridxana və həbsxanalarda saxlanan etirazçılara işgəncə verildiyinə dair bəyanatlarından sonra ali rəhbər Əli Xamneyi Kəhrizək həbsxanasının qapadılması və onun rəisinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı göstəriş verdi. İkinci bir jest: müxalifət məhkəmələrin çıxardığı qərarlara qarşı çıxırdı. Dövlət başçısı bu iddianın böyüməməsi üçün ölkə ali məhkəməsinin sədri Mahmud Haşimi-Şahrudini tutduğu vəzifədən azad etdi. Onun yerinə parlament sədri Əli Laricaninin 49 yaşlı qardaşı ayətulla Sadiq Laricani təyin olundu. Bu adam əvvəllər Nəzarət Şurasının üzvü olub. Qeyd etmək lazımdır ki, ölkədə keçirilən bütün seçkilərə də nəzarət edən bu 12 nəfərlik qurumun yarısını ali rəhbər təyin edir. S.Laricani də ayətulla Xamneyi tərəfindən təyin olunmuşlardan idi. Ayətulla Şahrudi isə bu vəzifədə 10 ildir çalışırdı. Sadiq Laricaninin bu vəzifəyə təyin olunmasının başqa bir səbəbi kimi isə İranın siyasi dairələrinə bu ailənin təsiretmə imkanları göstərilir. Bir müddət öncə Əli Laricani islahatçılardan sayılırdı. İran toplumunun hüsn-rəğbətini qaytarmağa çalışan Əhmədinejad da hökuməti formalaşdırmaqda bənzər üsullardan yararlanır. Məsələn, baş verən hadisələrdən sonra ölkənin informasiya və təhlükəsizlik naziri Qulamhüseyn Möhsüni-Ejeyi tutduğu vəzifədən uzaqlaşdırıldı. Bundan başqa, Əhmədinejad prezident kimi and içməzdən öncə mədəniyyət, səhiyyə, əmək və ictimai işlər nazirlərini də işdən azad etdi. Məhəmməd Xatəminin prezidentliyi dövründə ETTELAAT naziri işləmiş Əli Yunisinin oğlu Həsən Yunisi bildirib ki, bu qurumun başçısının 4 müavini də işdən çıxarılıb. Buna səbəb kimi ETTELAAT məmurlarının dinc etiraz aksiyası iştirakçılarına qarşı izafi güc tətbiq etməsi göstərilir. Yeni kabinetin formalaşmasında da Əhmədinejad müxalifətin irəli sürdüyü şüarları gerçəkləşdirmək və təşəbbüsü onlardan almaq üçün idarəetmədə manevrlər edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar