SON XƏBƏRLƏR

Təbrizdə keçirilən konfransda Türk dilinə "küçə-bazar dili" dedilər, fars dili isə "iranlıların milli kimliklərinin əsası"imiş..

2021.10.20, 07:36
Təbrizdə keçirilən konfransda Türk dilinə "küçə-bazar dili" dedilər, fars dili isə "iranlıların milli kimliklərinin əsası"imiş..

Gunaz.tv
Təbriz şəhərində İranda fars dili və ədəbiyyatının inkişafına həsr edilmiş 4-cü konfrans keçirilib. İranda yaşayan azərbaycanlıların çoxsaylı cəmiyyətləri konfransın məhz Təbrizdə təşkil edilməsini pisləyib. "Amerikanın səsi" radios xəbər verir ki, konfransda çıxış edən 130 nəfər fars dilinin daha çox yayılmasının vacibliyini bildirib. Onların fikrincə, İran dövləti özünün böyük siyasi, mədəni, iqtisadi və s. qərarlarında fars dilinin inkişafını nəzərə almalıdır. Konfrans iştirakçıları rəsmi Tehrandan tələb ediblər ki, fars dilini yaymaq üçün İran ostanlarına pul xərcləsin, xarici dövlətlərə fars dili müllimləri göndərsin və xarici ölkələrdə fars dilini bilənlərə, bu dili daha yaxşı öyrənmək imkanları yaratsın. İran millətçiləri media və mədəniyyət işçilərindən də fars dilinə daha çox diqqət göstərməyi tələb ediblər:"Çünki İranın rəsmi və dəftərxana dili fars dilidir və başqa dillərə evlərdən və küçə-bazardan başqa yer yoxdur. İranda fars dilindən başqa, azərbaycan, kürd, ərəb, türkmən və fars dilinin müxtəlif ləhcələri var. Amma məktəblərdə və universitetlərdə onların tədrisi rəsmi olaraq qadağandır". Konfransda İran Məclisinin (parlament) sədri Qulaməli Həddad Adil özündən millət anlayışının tərifini uydurub: "Bir torpaq, bir hökumət, müştərək dil və müştərək tarix - hər milləti tanıtdıran əlamətlərdir. Əgər fars dilinə maraq gostərilməsə, bu dil solar və aradan gedər". Fars dilinin "böyük bir sərvət" olduğunu elan edən Həddad Adil ölkədə aradan çıxan, çapı mükün olmayan, məktəb və universitetlərdə tədris edilə bilməyən dillərin solmasının İran mədəniyyətinə vurduğu təsirləri xatırlamağı özünə borc bilməyib. Ümumiyyətlə, konfrans şovinist bir qərar qəbul etməklə işini yekunlaşdırıb: "Fars dilinin qədim tarixi var və iranlıların milli kimliklərinin (seçdirmə bizimdir - E.M.) əsasını təşkil edir. Bu dil İranın milli birlik və bütövlüyünün səbəbidir". "Amerikanın səsi" bildirir ki, İranda Azərbaycan, ərəb, kürd və digər dillərdə danışan xalqlar narahatdır: İran rəsmiləri onların dilini və mədəniyyətini fars dili və mədəniyyəti kimi İran xalqının sərvəti kimi görmür və bu dillərə təhlükə kimi baxır. Bu məsələləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi son prezident seçkiləri kampaniyasında qaldırmaqla İrandakı Azərbaycan və digər xalqların himayəsini qazanmağa çalışmışdılar. Onların geniş himayə görən bu çıxışları qarşısında Mahmud Əhmədinecat İranda olan bəzi dillərin universitetlərdə tədrisi barədə göstəriş vermişdi. Xatırladaq ki, keçki kampaniyası zamanı namizədlər Azərbaycan türkcəsində çıxışlar edir, azərbaycanlıların şəninə təriflər yağdırırdılar. Əhmədinecatın özü isə həmin vaxt Hafiz Şirazinin Azərbaycan türkcəsinə yeni çevrilmiş şeirindən türkcə misralar oxumuşdu. Amma seçki qurtardı, vədlər də qurtardı. İran millətçilərinin Təbriz konfransında Əhmədinecatın göstərişi heç yada salan da olmadı. Arazın şimalında iş çətinə düşəndə adətən deyirlər ki, vəziyyət "ruscadır". Bu minvalla Arazın cənubundakı çətin vəziyyətin sinonimi "farsca" olmalıdır... E.Mirzə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar