SON XƏBƏRLƏR

İranın mövqeyində yumşalma

2021.10.20, 07:36
İranın mövqeyində yumşalma

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin BBCyə istinadən yaydığı məlumata görə, Atom Enerjsi üzrə Beynəlxalq Agentliyin (MAQATE) müfəttişlərini Arak şəhərindəki nüvə reaktoruna buraxılıb. bu barədə İrandakı qərbli diplomatlar bildiriblər. əlavə olaraq qeyd etmək lazımdır ki İran tərəfi uranın zənginləşdirilməsi işləri aparılan müəssisənin işinin monitorinqinə də razı olub. Ancaq MAQATE hələlik mütəxəssislərinin Arakdakı obyektə səfərini şərh etməyə tələsmir. Xatırladaq ki İranın razılaşdığı mövzu ilə bağlı MAQATE bir ildir ki razılaşmağa çalışırdı. Ancaq İran tərəfi müxtəlif bəhanələrlə boyun qaçırırdı. Artıq bu faktı, danışıqlar prossesində irəliyə doğru bir addim kimi qiymətkləndirmək mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar