SON XƏBƏRLƏR

KİV ilə diasporamız daha çox gündəmə gələcək

2021.10.20, 07:36
KİV ilə diasporamız daha çox gündəmə gələcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün televiziya kanallarında xüsusi verilişlərin hazırlanmasına ehtiyac var. Belə bir açıqlama ilə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin xaricdə yaşayan soydaşlarımızla iş bölməsinin müdiri Qafar Əliyev deyib ki, artıq bu istiqamətdə müəyyən işlər gedir: "Belə bir verilişlər İctimai Televiziya, Dövlət Televiziyasında, eləcə də digər televiziya kanallarında efirə çıxa bilər. Eyni zamanda ölkədə işıq üzü görən və cəmiyyətə kifayət qədər təsir imkanları olan, geniş oxucu kütləsinə malik qəzetlərdə də bu cür rubrikalar açmağı nəzərdə tuturuq". Qafar Əliyev bildirib ki, bu cür tədbirlərin həyata keçirilməsi həm diaspora işinin sürətləndirilməsi, həm də dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarının gördüyü işlərlə bağlı cəmiyyətin məlumatlandırılmasına töhfə vermiş olar.turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar