SON XƏBƏRLƏR

Seyid Həsən Kazimzadə: Təbrizdən Ermənizstana benzin veriləcək

2021.10.20, 07:36
Seyid Həsən Kazimzadə: Təbrizdən Ermənizstana benzin veriləcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın neft hasilatı və bölgüsü milli şirkətinin yüksəkrütbəli nümayəndəsi Seyid Hasan Kazımzadə bildirib ki Ermənistan İranın Təbriz şəhərindəki “Şəhriyar” neft hasilatı şirkətindən neft məhsulları alacaq. Onun sözlərinə görə, Təbriz benzini Ermənistan və Qafqaz , Orta Asiyanın bir sıra ölkələrinə ixrac olunacaq. Kazımzadə qeyd edib ki, Təbriz benzini “Avro-5” standartlarına cavab verəcək. Xatırladaq ki, İran və Ermənistan iki ölkə arasında neft boru kəmərinin tikintisi layhəsinin reallaşdırlmasına başlayıb. Bu kəmərlə əsasən Təbrizdək neft emalı zavodunun məhsuları Ermənistana ixrac olunacaq. Qeyd etmək lazımdır ki Rusiya ilə Gürcüstanın arasında yaşanan hərbi qarşıdurmadan sonra Ermənistanda xeyli problemler yaşanır. Gürcüstan Rusia ilə Ermənistan arasında olan bir tranzit ölkə kimi artıq bir çox sahələrdə Rusiayadan Ermənistana ötürülən vəsaitə imkan yaratmır. O üzdən İran Ermənistanı vəziyətdən qurtarmaq üçün keçen illərdən daha çox canfiçanlıq etməyə başlayıb. yanacaq və enerji sahələrində genişlənən əməkdaşlıq da elə bu sıradandır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar