SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad hökumətin yeni tərkibini açıqladı - siyahi

2021.10.20, 07:36
Mahmud Əhmədinejad hökumətin yeni tərkibini açıqladı - siyahi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran prezidenti Mahmud Ahmedinejad yeni nazirlərinin adını açıqlayıb. Hökumətin tərkibini parlament avqustun 30-a qədər təsdiqləməlidir. ikinci dəfə prezident postuna yiyələnən Mahmud Əhmədinejadın 21 nazirdən ibarət Nazirlər Kabinetində Manuçöhür Möttəki yenə də xarici işlər naziridir. İqtisadiyyat naziri Şəmsəddin Hüseyni də öz yerini qoruyub. Köhnə kabinetdə müdafiə naziri postunu tutan Mustafa Məhəmməd Nəccar daxili işlər naziri postuna gətirilib. Əvvəlki ticarət naziri Məsud Mirkazimi neft naziri postunu tutacaq. Nazirlər Kabinetində 3 qadın nazir də var. Mahmud Əhmədinejad Süsən Keşavazı təhsil naziri, Fatimə Acurlunu sosial müdafiə və rifah naziri, Mərziyə Vahid Dastcərdi səhiyyə naziri görmək istəyir. Əgər parlament Nazirlər Kabinetinin tərkibini təsdiqləsə, 1979-cu il inqilabından sonra ilk dəfə hökumətdə qadın nazirlər olacaq. Müşahidəçilər Mahmud Əhmədinejadın nazirlərinin siyahısında sosial müdafiə və rifah naziri görmək istədiyi Fatimə Acurlunun namizədliyinin parlamentdə mübahisələrə yol açacağını proqnozlaşdırırlar. Çünki Fatimə keçmişdə sabiq prezident Haşimi Rəfsəncanini və onun övladlarını korrupsiyada ittiham etdiyi üçün həbs edilmiş Abbas Palizdara açıq dəstək verib. Nazirlər Kabinetinin digər üzvlərinə gəlincə, Əhmədinejad Rza Takipuru rabitə naziri, Heydər Muslişi kəşfiyyat naziri, Məhəmməd Abbası ticarət naziri, Sadiq Xəliliyanı kənd təsərrüfatı naziri, Həmid Behbahanı nəqliyyat naziri, Əli Əkbər Mehrabiyanı sənaye naziri, Kamran Daneşcunu elm naziri, Məhəmməd Hüseyni mədəniyyət naziri, Əbdülrza Şeyxülislamini iş naziri, Əli Nikzadı şəhərlərin inkişafı üzrə nazir, Məhəmməd Əli Abadini enerji naziri görmək istəyir. Ehtimal olunur ki, mübahisəli prezident seçkilərindən sonra küçə etirazları və siyasi qarışıqlığın ardınca, mühavizəkar qanad tərəfdarlarının təsdiqlənməsi ilə bağlı mübahisələr olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar