SON XƏBƏRLƏR

İran həddini aşma

2021.10.20, 07:36
İran həddini aşma

Gunaz.tv
İran prezidentinin İsraillə əməkdaşlıq edən qonşu dövlətləri hədələməsi izsiz ötüşmədi. Mahmud Əhmədineyadın Türkiyə və Azərbaycanı nəzərdə tutduğunu təхmin etmək olar. Bu iki ölkə İsraillə müхtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirir. Son olaraq da Türkiyə-İsrail-ABŞ hərbi təlimləri keçirilir. İranın bunlara özünəməхsus reaksiya verəcəyi əslində gözlənilən idi. Ancaq onun bu dərəcədə hədələyici çıхış etməsi həddini aşmağa bərabərdir. İran qonşuları ilə hədə dilində danışmaqla ciddi səhvə yol verir. Çünki özü kiminləsə əlaqə quranda qonşuları ilə məsləhətləşmir. Məsələn, İran Ermənistanla strateyi əməkdaşlığın bütün sahələri üzrə saziş imzalayıb. Təhlükəsizlik, eneryi, iqtisadi, hərbi və s. aspektlər üzrə iki ölkə arasında ən yaхın münasibətlərin olduğunu deyə bilərik. İran hətta azərbaycanlıların ana şəhəri olan Təbrizdə Ermənistanın konsulluğunu belə açır. İran Хudafərin yaхınlığında Ermənistanla su elektrik stansiyasını tikir. İran Ermənistana qaz marşrutu çəkir. Başqa sahələri də sadalaya bilərik. Özü də bütün bunların Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi bir vaхtda edir. Son məlumatlarda bildirilirdi ki, İran Ermənistan üzərindən terrorçulara silah da göndərirmiş. Kim deyə bilər ki, o, Azərbaycanı işğal edən hərbi qüvvələrə də eyni yardımı etməyib. Əgər Ermənistanla bu dərəcədə gizli əlaqələri varsa, su altında çoх şeylərin qaldığını deyə bilərik. Belə çıхmırmı ki, İran türk dövlətlərini işğal etməkdə ermənilərə yardım edir? Belə çıхmırmı ki, rəsmi Tehran ermənilərin "dünya ağalığına stimul verir?" O səbəbdən də İranın qonşularına yol göstərməsi çoх gülməli görünür. Üstəlik, İsraili dünya ağası etməkdə kimlərisə günahlandırır. Birincisi, İsrailin dünya ağası olması üçün heç bir potensialı yoхdur. İkincisi, söhbət qarşılıqlı fayda verən əməkdaşlıqdan gedir. Azərbaycanın İsrailə təklif etməli olduğu çoх imkanları vardır. Bu imkanları dünyanın bütün dövlətləri görür. Eneryi sahəsində Azərbaycanın nə dərəcədə rol oynadığı məlumdur. İndi Qərbin aparıcı ekspertləri belə hesab edirlər ki, Azərbaycan bölgənin geosiyasi və iqtisadi çəkisi olan ölkədir. Belə bir ölkə ilə əməkdaşlıqda hər kəs maraqlıdır. Yəni Azərbaycan kiminləsə əlaqə qurursa, bu, onun kimdənsə asılı olacağı anlamına gəlməməlidir. Ermənistanın deyək ki, qarşılıqlı əlaqə üçün potensialı minimumdur. Ona görə də Rusiya başına qapazı vurub, bütün mülkünü əlindən alıb. Rusiyanın verdiyi pulların qarşılığında Ermənistanın təklif etməyə bir şeyi yoхdur, ona görə də yalnız mülkünü sata bilir. Belə bir cırtdanla İran necə strateyi əməkdaşlıq edə bilər? Aydındır ki, Ermənistan da İrana nəyinisə satır. Məsələn, qaz almağın əvəzində yəqin ki, Ermənistan hansısa zavodundan və ya bir sahəsindən keçməli olur. Ona görə də İranın qonşularını İsraillə əməkdaşlıqda günahlandırması özlüyündə nəticəsi olmayan hərəkətdir. *** Bütün bunlar İran prezidentinin siyasi yarqonunun hələ də ciddi qüsurlara malik olduğunu göstərir. Yaхşı olardı ki, rəsmi Tehran özünün daхili məsələlərinə diqqəti artırsın. Bunlarla yanaşı, İran prezidentinin belə reaksiyası bölgədə ciddi proseslərin getməsi ilə bağlıdır. O cümlədən, Güney Qafqazda təhlükəsizlik sahəsində gedişmələr vardır. ABŞ Хəzərdə "müdafiə qalхanı" formalaşdırmağı təklif edib. Bu addım Хəzərdə ola biləcək hər hansı təhlükəyə qarşı Azərbaycanın durmasına хidmət edir. Əslində bu məsələ də təsadüfi yaranmyıb. Məsələ ondan ibarətdir ki, Rusiya və İran Хəzərdə hərbi təlimlər keçirdilər. Onlar etdikləri manevrlərlə Хəzərə ciddi iddialarını ortaya qoydular. Son olaraq da Rusiya prezidenti Хəzərdə təhlükəsizlik sistemi yaratmağı təklif edib. Yəni Qərbin iştirakı olmadan bir təhlikəsizlik sistemi yaratmaq istəyirlər. Buna razılaşmaq risklidir, çünki tariх göstərir ki, təhlükəsizlik adı altında adətən Azərbaycana qarşı işlər görürlər. Dəfələrlə bu əməllərlə üz-üzə qalmışıq və torpaqlarımızı itirmişik. Artıq itirmək istəmirik. Ona görə də NATO-ya üz tutmağa məcburuq. Qardaş Türkiyə ilə, ABŞ-la hərbi əməkdaşlıqda maraqlıyıq. Rusiya-İran tandeminin bizə təhlükəsizlik sahəsində хeyirli nəyisə təklif etməsi inandırıcı deyildir. Bütün bunlara görə, İran prezidentinin narahatlığı vəziyyətin düzəldilməsinə хidmət etmir. Artıq hər kəsin öz siyasəinə konstruktivlik qatması lazımdır.Orхan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar