SON XƏBƏRLƏR

Nüvə danışıqları baş tutacaqmı?

2021.10.20, 07:36
Nüvə danışıqları baş tutacaqmı?

Gunaz.tv
Avqustun 11-də İran televiziyası İranın MAQATE-dəki nümayəndəsi Əli Əsğər Sultaniyyəyə istinadən İranın qeyd-şərtsiz nüvə danışıqlarında iştirak edəcəyini bildirmişdi. Amma, Sultaniyyə Avqustun 18-də bu iddiaları təkzib edərək bildirib ki, bu haqda heç bir tv kanalına müsahibə verməyib. Bir daha xatırladaq ki, İrTV-nin xüsusi reportajında qeyd olunmuşdu ki, “İranın MAQATE-dəki nümayəndəsi Əli Əsğər Sultaniyyə ölkəsinin nüvə məsələsində Qərb dövlətləriylə müzakirələrə qarşılıqlı hörmət çərçivəsində qatılmağa hazırdır”. Bu reportajda həmçinin Sultaniyyəyə istinadən bildirilmişdi ki, “İran qeyd-şərtsiz müzakirələrin aparılmasını tələb edir”, amma həmin televiziya kanalı dünən Sultaniyyənin bu müsahibəni təkzib etdiyini bildirib. Telekanalın verdiyi məlumata əsasən Sultaniyyə belə bir müsahibənin ümumiyyətlə heç mövcud olmadığıni bildirib. O, yeni müsahibəsində bildirib ki, İranın mövqeyində heç bir dəyişiklik olmayıb və nüvə proqramı əvvəlki kimi davam etdirilir. Qərb ölkələri İrana, nüvə proqramını dayandırmaq üçün sentyabr ayının sonuna qədər vaxt veriblər. Bu vaxta qədər İran nüvə fəaliyyətini dayandırmadığı təqdirdə, çox geniş həcmli sanksiyaların tətbiq olunacağı gözlənilir. ABŞ və İsrail isə hətta İranın nüvə fəaliyyətini dayandırmaq üçün hərbi vasitələri də istisna etmir. İran və Qərb münasibətləri son prezident seçkilərində baş verən hadisələrdən sonra daha da gərginləşməyə başlamışdır. Bu isə Barak Obamanın əvvəlcədən elan etdiyi “İranla yumuşaq siyasətə” təsir edərək ABŞ-ın İran siyasətində dəyişikliklərin olması ehtimalını azaltmışdır. Qeyd edək ki, ABŞ və Qərbi Avropa dövlətləri İranın nüvəni zənginləşdirmə fəaliyyətini dayandırmaq üçün bir sıra həvəsləndirici təkliflər irəlin suüsələr də İran rəsmiləri bunu qəbul etməkdən imtina edir. Sonuncu dəfə İran və qərb ölkələrinin nümayəndələri 2008-ci ilin iyul ayında görüşüb, müzakirələr aparmışdılar.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar