SON XƏBƏRLƏR

Şimon Peres, Dmitriy Medvedevi S-300 komplekslərini İrana göndərməməyə çağırıb

2021.10.20, 07:36
Şimon Peres, Dmitriy Medvedevi S-300 komplekslərini İrana göndərməməyə çağırıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Rusiyada olan İsrail prezidenti Şimon Peres bəyan edib ki, Rusiyanın İrana S-300 komplekslərinin mümkün göndərişi bölgədəki güc balansına təsir edəcək. İsrail prezidenti deyib ki, o Dmitriy Medvedevlə keçirdiyi görüş zamanı bu məsələni qaldırıb və onu İrana sözügedən kompleksələri göndərməməyi xahiş edib. Peresə görə, prezident Medvedev məsələyə bir daha baxmağı söz verib. Rusiyayla İran S-300 kompleksləri ətrafında artıq bir neçə ildir ki danışıqlar aparırlar, hələlik rəsmi Moskvaya görə, bu raketlər İrana göndərilməyib. Son iki günü Rusiyuanın Qara dəniz kurortu Soçidə keçirən Şimon Peres Rusiya prezidenti Dmitriy Medvedevlə qeyri-formal danışıqlar aparıb. Göstərilir ki, bu danışıqlarda İran məsələsi əsas müzakirə obyektlərindən olub. Bu gün Rusiya prezidentiylə görüşü haqda danışan İsrail prezidenti deyib ki, Dmitriy Medvedev ona İranın nüvə silahına yiyələnməməsi üçün Rusiyanın əlindən gələni edəcəyini söz verib. İsrail lideri habelə İrana Rusiya istehsalı S-300 zenit-raket komplekslərinin mümkün satışı məsələsinə xüsusi toxunub. Bildirilib ki, əgər İran bu silaha yiyələnsə bu bölgədəki güc balansına təsir edə bilər. Prezident Peres deyib ki, o bu məsələni Rusiya lideri qarşısında qaldırıb və Dmitriy Medvedev işə baxmağı vəd edib. S-300 kompleksləri ən səmərəli müdafiə silahlarından sayılır. O müxtəlif təyinatlı obyektlərin havadan müdafiə silahıdır və o hətta ballistik raketlərə qarşı mübarizə apara bilər. Bir çox ekspertlərə görə, İran sözügen silahdan öz nüvə obyektlərini qorumaq üçün istifadə edə bilər. Moskvayla Tehran arasında S-300 komplekslərin İrana satılması haqda danışıqlar artıq bir neçə ildir ki davam edir. Mətbuat hətta müvafiq müqavilənin artıq imzalanması haqda da yazırdı. Ancaq hələlik, məlumatlara görə, S-300 İrana göndərilməyib. Öz növbəsində moskvalı ekspert Aleksandr Konovalova görə, hazırda Moskva S-300 komplekslərini İrana göndərməkdə bir qədər ehtiyat edir. Düzdür, məsələn, belə mövqe əvəzində Rusiya İsraildən müəyyən güzəştlər də istəyə bilər: "İsrailin hərbi-sənaye kompleksiylə əməkdaşlıq çox şey verə bilər. Rusiya İsraildən ,məsələn, daha yeni və yaxşı təchizatlı pilotsuz təyyarələr ala bilər. Bu ölkədən Rusiyanın özündə istehsal olunmayan xeyli silah növləri almaq olar", deyir cənab Konovalov. Bu arada Moskva S-300 məsələsində İrana konkret "yox" cavabını verməyib və ekspertlərə görə, bu məsələ İran ətrafında geniş siyasi alverin məqamlarından birinə çevrilməkdədir.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar