SON XƏBƏRLƏR

Ana dili qadağan olunmuş təbrizdə, "Fars dili konfansı" keçirildi. Fars dilini öyənlər Türk dilini dilə gətirmədilər

2021.10.20, 07:36
Ana dili qadağan olunmuş təbrizdə, "Fars dili konfansı" keçirildi. Fars dilini öyənlər Türk dilini dilə gətirmədilər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Fars dili ve edəbiyyatının inkişafı məqsədilə dördüncü konferans Tebriz de keçirildi. İran Azərilərinin bir çox cəmiyəti, konferansın Təbrizdə təşkil edilməsini, məhkum etmişdilər. Bu konferans da, Fars dilini daha çox yaymaq haqda 130 məruzəçi və alim danışdı. Konferans nəticəsində bir neçə maddəlik qərar qəbul olundu. Həmən qərarda qeyd edilir ki, “Fars dili neçə min illik dildir və İranlıların milli kimliklərinin əsasnı təşkil edir. Bu dil İranın milli birlik və bütövlüyünün səbəbbidir.” Toplantı da iştirak edənlər, İran dövlətinden istədilər ki özünün her hansi böyük siyasi, mədəni, iqtisadi və digər qərarlarında Fars dilinin inkişafını nəzərə alsın. Konferans, devlətdən istedi ki, Fars dilini yaymaq ücün, İranın dövrəsinde olan məmləkətlərdə pul xərcləsin, xarici dövlətlərə Fars dilli müllimi göndərsin və o məmləkətlərdə Fars dilini bilənlərə, bu dili daha yaxşı öylənmək imkanları yaratsın. İran Azərbaycanında, Fars dili üçün keçirilən konfrans, medya və kültür işçilərindən istədi ki, Fars dilinə daha çox əlaqə göstərsinlər. Bu o haldadır ki İranın rəsmi ve idarə dili, Fars dilidir və başqa dillərə, evlərdən və küçə bazardan başqa yer yoxdur. İranda Fars dilindən əlavə: Turk ya Azəri, Kürd, Ərəb, Türkəmən və Farsdilinin müxtəlif ləhcələri də var amma məktəblərdə və üniversitələrdə onların tədrisi rəsmi olaraq qadağandır. İranda, Türk, Ərəb, Kürd və digər dilləri danışan xalqlar narahatdırlar ki, İran rəsmiləri onların dilini və mədəniyyətini Fars dili və mədəniyyəti kimi İran xalqınn sərvəti kimi gürmorlər və bu o dillərə təhlükə kimi baxırlar. Bu məsələləri Mir Hoseyn Mosəvi və Mehdi Kərrubi, son perezident seçkiləri kampaniyası vaxdı qaldırdılar ki, İrandakı Türk və digər xalqların himayəsini qazansınlar. Onların geniş himayə görən bu çıxışları qarşısında, İranın Onuncu Perezident seçgilərinin namizədlerinin təbligatlarının əsl mövzularınan biri irandaki etnik xalqların istəkləri oldu. Ona görədə, həmən zaman, Məhmud Əhmədinejad emir verdi ki, İranda olan bəzi dilləri universitələrde oyrətmək üçun, tədbirlər görülsün amma bu konferansda, Prezidentin həmin hökmü və bu hökmün hansi dillər və hansı bölgələrdə icra olunması məsələsi açılmadı. İran Parlimentinin Rəisi Golaməli Həddad Adil, konferansda Fars dilinin böyük bir sərvət olduğunu elan etdi. O, başqa dillərin dəyəri barədə isə bir soz demədi. Həddad Adil, Millətin sözünün tərifinin nə olmasını dört mövzuya bagladı ve dedi: “ bir topraq, bir hökumət və müştərək dil ilə müştərək tarix hər milləti tanıtdıran əlamətlərdilər.” O əlavə etdi ki,” Əgər Fars dilinə maraq gostərilməsə, bu dil solar və aradan gedər.” Buna baxmayaraq Hədad Adil İranda aradan gedən, çapı mükün olmayan, məktəb və üniversitetlərdə tədris edilə bilməyən dillərin vəziyyəti yaramış vəziyyətin İran mədəniyyətinə vurduğu təsirlər barədə heç nə demədi.voa.İnsafəli Hidayətin Reportajı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar