SON XƏBƏRLƏR

Mehdi Kərrubi məhbuslara olan cinsi təcavüzlə bağlı sənəd təqdim etməyə, hazır olduğunu bildirib

2021.10.20, 07:36
Mehdi Kərrubi məhbuslara olan cinsi təcavüzlə bağlı sənəd təqdim etməyə, hazır olduğunu bildirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Mehdi Kərrubi İran parlamentinin sədri Əli Laricaniyə məktub ünvanlayıb. Məktubda qeyd olunur ki parlamentdə xüsusi iclas təşkil olunursa, məhbusların məruz qaldığı cinsi təcavüzlə bağlı iddiasına, sənədlər və şahidlərimi təqdim edərəm. Cənab Kərrubi Əli Laricanidən tələb edib ki təşkil olunacaq iclasda, sistemin məsləhətlərini müəyyənləşdirən qurumun sədri və üləmalar məclisinin rəisi, ölkənin ali məhkəməsinin sədri və “parlamentin həqiqət arayan komissiyasının nümayəndəsi” iştirak etməlidir. o halda bəzi məhbusların cismi və ruhi işgəncədən başqa həmdə cinsi təcavüzə məruz qalmalarl ilə bağlı faktlar irəli sürəcək. Kərrubi bildirib ki onda bəlli olacaq ki “mən sistemin abırı və heysiyəti ilə oynamışam yoxsa onlar ki müqəddəs cümə namazının tribunasından istifadə edib, təhlükəsizlik və məhkəmə məsulları etirazçılara qarşı rəhmsizliyə çağırırlar”?!!! Xatırladaq ki Əli Laricanı keçən günlərdə bildirmişdi ki məhbuslara qarşı cinsi təcavüz iddiası yalandır və əgər Mehdi Kərrubinin sənədi varsa təqdim etsin.günaz.tv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar