SON XƏBƏRLƏR

Doktor Əkbər Ələmi: cinsi təcavüz məsələsi inqilab xırmanına düşən bir oddur

2021.10.20, 07:36
Doktor Əkbər Ələmi: cinsi təcavüz məsələsi inqilab xırmanına düşən bir oddur

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, sabiq millət vəkili, prezidet namzədliyinə səlahiyəti təsdiqlənməyən, Azərbaycan türkü Doktor Əkbər Ələmi “fransa radiosu”-nun “parlamentin zindanlarda cinsi təcavüz məsələsinə reaksiyası necə olmalıdır?” sualını belə cavablandırıb. Əkbər Ələmi: məhbuslara cinsi təcavüz məsələsi geniş səthdə yayılıb və içitmaiyət cənab Kərrubinin iddiasının doğri vəya yalan olduğunu gözləyir. əgər cənab Kərrubinin iddiası doğrudursa onda bu bir faciədir. Bu məsələ inqilab xırmanına düşən bir od olacaq. Onun məsuliyəti bütün məsulların üzərinə düşəcək Rəhbərdən tutmuş prezidentə qədər, məhkəmə orqanları məsulu, üləmalar məclisi, polis orqanları, zindan məsulları … və xülasə o məqamlar ki bir başa vəya dolayısı ilə tutuqlamalar və zindanlarla əlaqəlidirlər. Təbi ki bu şayiə yalana çıxarsa onun məsuliyəti, onu bəyan edənin üzərinə düşəcək. ancaq aydın məsələdir ki cənab Kərrubi bir ruhani kimi, iki dövr parlamentə sədr olmuş bir fərd kimi, neçə defə millət vəkili olmuş bir siyasətçi kimi bütün bunları bilir və sənədsiz-sübutsuz bir iddianı etməz. əsas görəv məclisə düşür. Parlamentin sədri, cənab Kərrubinin iddiasını rədd etmək yerinə gərək bir xüsusi iclas keçirib cənab Kərrubinin iddiasını və gətirdiyi sənədləri dinləyərdi və bu jiddi məsələni araşdırardı. Ancaq parlament öz susmağı ilə, cənab Kərrubinin iddiasına təsdiq damqası vurmuş oldu. əgər belədirsə onda bütün məsuliyət daşıyan məqamlar öz postlarından azad olunmalı və cəzalarını çəkməlidirlər.günaz.tv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar