SON XƏBƏRLƏR

Azad İsazadə: «Xəzər vasitəsilə İrandan düşmən ölkəyə silah ötürüldüyünə şübhə yoxdur»

2021.10.20, 07:36
Azad İsazadə: «Xəzər vasitəsilə İrandan düşmən ölkəyə silah ötürüldüyünə şübhə yoxdur»

Gunaz.tv
GÜNAZ.tv mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Rusiya ilə Gürcüstan arasında münasibətlər kəskinləşəndən sonra birincinin özünün forpostu olan Ermənistana silahı hansı yolla göndərməsi məsələsi diqqəti cəlb edirdi. Bəllidir ki, Rusiya Ermənistanı mütəmadi olaraq silahla təchiz edir. Bu silahların hansı marşrutla ötürülməsi məsələsini araşdıran «Bakı-xəbər» qəzeti maraqlı faktlar üzə çıxarıb. Qəzet diqqəti buna cəlb edir ki, Ermənistan Azərbaycanla müharibə vəziyyətində olduğundan, Rusiya hərbi texnikası işğalçı dövlətə ölkəmiz vasitəsilə keçirilə bilməz. Gürcüstanla Rusiya arasında olan məlum münasibətlər isə rəsmi Tiflisin heç vaxt bu texnikanın gürcü əraziləri vasitəsilə Ermənistana daşınmasına imkan verməyəcəni deməyə əsas verir. Separatçı Abxaziya və Cənubi Osetiyadan da Ermənistana silah və digər hərbi texnika keçirmək mümkün deyil. Çünki bu separatçı rejimlər yox, Gürcüstanın digər əraziləri Ermənistanla həmsərhəddir. Mətbu orqan yazır ki, Türkiyənin də Ermənistanla sərhədləri bağlı olduğundan bu marşrutdan da istifadə edilə bilməz. Bir çox ekspertlər hesab edir ki, Rusiyanın hərbi texnikası Ermənistana İran marşrutu vasitəsilə göndərilir. Hərbi ekspert Üzeyir Cəfərov belə hesab edir ki, hazırda Rusiyanın hərbi texnikasının Ermənistana çatdırılmasının yeganə marşrutu İrandır: «Məhz bu ölkə vasitəsilə Rusiya öz bazalarını lazım olan texnika, o cümlədən silahla təmin edir, Həmin silahlar isə sonradan Qarabağ separatçılarının əlinə düşür». Bununla yanaşı, ekspert İran vasitəsilə Ermənistana silah daşınmasının daha bir marşrutunu göstərir. Belə ki, Rusiya hərbi texnikasının Qazaxıstan, Tacikistan vasitəsilə İrana, buradan da Ermənistan çatdırıldığı istisna olunmur. Qeyd edək ki, Xəzəryanı ölkələr arasında dənizdən bir-birilərinə qarşı istifadə etməmək haqqında öhdəlik var. Əgər Rusiya Azərbaycana qarşı istifadə olunan silahları Ermənistana İran vasitəsi ilə Xəzər üzərindən göndərirsə, deməli, bu ölkə dolayısı ilə yuxarıda qeyd edilən öhdəliyi pozur. Bununla bağlı İrana xəbərdarlıq olunmalıdırmı? Ekspert Azad İsazadəyə görə, əgər Azərbaycan sərhədçiləri Xəzər vasitəsilə İrandan Ermənistana silah aparan gəmini tutsalar, bu zaman onları fakt qarşısında qoyub, hansısa bəyanat, yaxud nota vermək olar: «Amma bu gəminin tutulmasının özü də böyük bir skandala çevrilə bilər. Biz indiki məqamda yalnız ehtimallar irəli sürə bilərik ki, Rusiya Xəzər vasitəsi ilə İrandan Ermənistana silah ötürür. Bu, tamailə doğru məlumatdır ki, Rusiya Ermənistana Azərbaycan və Gürcüstandan silah ötürə bilmir. Amma onların indiki halda istifadə etdikləri marşrut təkcə İran xətti deyil. Hava nəqliyyatı vasitəsi ilə də silah daşıya bilərlər. Amma istisna deyil ki, İran marşrutundan istifadə olunur. Çünki su nəqliyyatı ən ucuz marşrutdur. İndiki halda bununla bağlı İrana nəsə bir söz deyilsə, onlar belə bir əsas göstərər bilər ki, öz ərazilərindən yalnız tranzit kimi istifadəyə icazə verirlər, heç bilmirlər ki, gəmilərdə nə daşınır. Onlara öhdəliyin pozulduğunu isbatlamaq üşün konkret fakt lazımdır. Fakt üçün isə hansısa bir silah aparan gəmi saxlanılmalıdır. Bu isə skandala səbəb ola bilən məsələdir. Amma şübhə yoxdur ki, bu yolla Ermənistana silah daşınır. Bu, olduqca həssas bir məsələdir, konkret faktlara malik olmayana qədər İrana iradlar tutmaq çətindir. Baxmayaraq ki, bu marşrutla silah ötürülməsinə şübhə yoxdur, amma bunu təsdiqləyən faktlar da olmalıdır».musavat.Maqsud MAHRIZLI

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar