SON XƏBƏRLƏR

Ayətüllah Xamneyinin vəziyətdən çıxış bəyanatı

2021.10.20, 07:36
Ayətüllah Xamneyinin vəziyətdən çıxış bəyanatı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ayətüllah Seyyid Əli Xamneyi onun tutduğu post üzərində müzakirələrin başlandığı ərəfədə, marağlı bəyanat verib. O yaxınlarda 12-ci İmam Mehdi Sahib-əz-Zamanın zühur edəcəyini bildirərək, İslam ölkələrini birləşməyə dəvət edib. Xamneyinin çağırışını sözçüsü Əli Səidi “əl-Ərəbiyyə” telekanalında səsləndirib. Ə.Səidi ali dini liderin adından bunları deyib: “Türkiyə, İraq, Livan, Pakistan və Əfqanıstan Mehdinin dönüşünə mane olmağa çalışacaq ABŞ və İsrail kimi ölkələrə qarşı birləşdirməli, köklü dəyişikliklərə hazır olmalıyıq”. Ə.Səidi Ə.Xamneyinin çağırışını belə əsaslandırıb: “Ayətullah Xamneyi Mehdinin gerçək təmsilçisidir. Ruhani liderə itaət etmək Mehdiyə itaət və bağlı olmaq deməkdir. İran Silahlı Qüvvələri Xamneyiyə bağlıdır və Medinin əmrlərini yerinə yetirəcəkdir”. Xatırladaq ki Cəfəri məzhəbinə görə 1141 il əvvəl qeyb olmuş imam zaman, qiyamət günündən öncə dünyada bütün ədalətsizliklər və haqsızlıqları yox etmək üçün zühur edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar