SON XƏBƏRLƏR

İranda “Yaşıl Ümid Yolu” adlı müxalifət birliyi

2021.10.20, 07:36
İranda “Yaşıl Ümid Yolu” adlı müxalifət birliyi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə,12 iyunda keçirilmiş prezident seçkilərinin nəticəsi ilə hec cür barışmayan Mir Hüseyn Musəvi “Yaşıl Ümid Yolu” adlı təşkilat yaradır. Aldığımız məlumata görə İran hakimiyetinə öz müxalif fikirləri ilə seçilən düşərgə məhz bu ad altında birləşəcək. birlik Musəvinin rəhbərliyi ilə təşkil olunacaq və digər islahatçı liderlər bu birliyə qatılacaqlar. Prezident seçkilərinin digər islahatçı namizədləri Mehdi Kerrubi ilə keçmiş prezident Məhəmməd Xatəmi də birliyin 5 və ya 6 nəfərdən ibarət olan rəhbərlik heyətində yer alacaqlar. Qeyd edək ki, “Yaşıl Ümid Yolu”nun məsləhətləşmə bölməsi 30-40 üzvdən ibarət olacaq və digər bölmələr isə müəyyən müddətdə təyin olunaq. “Yaşıl Ümid Yolu” altında birləşən müxalifət liderləri, islahatla bağlı siyasi mübarizələrini dəvam etdirəcəklərini vurqulayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar