SON XƏBƏRLƏR

AKP-nin "Kürd açılımı" Türkiyəni böləcək . Öcalan PKK-nın legitimləşdirilməsini istəyir...

2021.10.20, 07:36
AKP-nin "Kürd açılımı" Türkiyəni böləcək . Öcalan PKK-nın legitimləşdirilməsini istəyir...

Gunaz.tv
Hakim siyasi qüvvə özünü də, ölkəni də uçuruma aparır Öcalan muxtariyyat istəmir, amma elə şeylər istəyir ki... Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının irəli sürdüyü "kürd açılımı" ölkəni bir-birinə qatıb. AKP-nin açıq səmada şimşək effekti verən projesinə təpkilər durmadan artır. Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyasının liderlrik etdiyi ölkə müxalifəti hakim partiyanı xəyanətdə suçlandırır. Məsələ nədən ibarətdir? Hakim AK partiya "Kürd açılımı" (yəni kürd probleminin həlli) adlı proje ortaya atıb. Projeyə uyğun olaraq baş nazir Rəcəb Tayyib Ərdoğan sonuncu seçkilərdə AKP-nin siyasi səxavəti sayəsində Türkiyə Böyük Millət Məclisinə düşmüş PKK-nın siyasi uzantısı Demokratik Toplum Partiyasının lideri Əhməd Türklə görüşüb. İş o yerə çatıb ki, 30 min türkün qətlində suçlanaraq həbsə atılmış İmralıda cəza çəkən PKK lideri, bölücübaşı Abdullah Öcalan da dilə gəlib, çözümlə bağlı təkliflərini irəli sürəcəyini açıqlayıb. Neçə gündür ki, Türkiyə İmralı canisinin yol xəritəsini gözləyir. Srağagün nəhayət, terrorçubaşının yol xəritəsinin bəzi detalları aydın olub. Bəlli olub ki, Öcalan muxtariyyat istəmir. Amma elə şeylər istəyir ki, bu, Əhməd Türkün təbinicə desək, "kürd sorunun deyil, Türkiyəni çözməkdir". Vəkillərinin sözlərindən aydın olub ki, (hər halda Türkiyə KİV-i belə yorumlayır) terrorçubaşı kürdlərin demokratik toplum olaraq tanınımasını, özlərinə bələdiyyə, icra orqanları seçməsini, ana dilində təhsil hüququ tələb edir. Öcalanın təklif edir ki, Türkiyə hökuməti kürdləri ayrıca toplum kimi tanısın. Yəni kürdlər Türkiyə vətəndaşı olaraq qalırlar, amma kompakt yaşadıqları bölgələrdə öz dillərində danışır, öz dillərində qəzet-durnal buraxır, kitab basır, teleradio açır, məhkəmə və dövlət orqanlarında öz dillərində danışır, hətta özlərini müdafiə sistemini (ğ) yaratmaq hüququ ələd edirlər. Sonuncu təklifin özünəd nəyi ehtiva etdiyi dəqiq bəlli deyil. Əgər bu, silahıl öxzünün müdafiədən gedirsə, onda vay Türkiyənin və onu bu duruma soaxnların halına. Öcalan bununla PKK-nın legitimləşdirilməsini istəyir-bunun ayrı adı yoxdur. Lap sonuncu bənd olmasa belə, bölücübaşının irəli sürdüyü təkliflər Türkiyə Cümhuriyyət dövlətinin təməllərin zərbədir və dövləti yıpratmaq məqsədi güdür. Türkiyə siyasi sistemi təhlükədə! Ümumiyyətlə, Ərdoğanın Əhməd Türklə bu səviyyədə görüşünün özü Türkiyəni aşağılamaq, onun siyasi sistemini çökdürməyə xidmət edir. Adətən cümhurbaşqanı və ya hökumət başçısı nüfuzlu müxalifət partiyalarının liderləri ilə görüşər, onlarla məsləhətləşər. Ərdoğan "kürd açılımı" öncə on minlyonlarla səs almış CXP və MHP liderləri ilə dartışmalı idi, lokal bölgədən sırf etnik faktorla biri neçə mandat almış DTP ilə deyil. Belə çıxır ki, Artıq Türkiyədə dinçi, solçu, cümhuriyyətçi, milliyyətçi dey bir şey yoxdur. Dəniz Baykal, Dövlət Bahçeli kimi siyasət nəhəngləri mövcud deyil, türk və kürd toplumu var və onların Rəcəb Tayyib Ərdoğan və Əhməd Türk kimi təmsilçiləri var. AKP bu yanlışı ilə CXP və MHP-ni aşağılamaq istəyirsə, bilsin: bu müxalifətçi rəqibləri deyil, bütün Türkiyəni aşağılımaqdır! Dahi Mustafa Kamalın qurduğu Türkiyə cumhuriyyətini tarixə gömmək istəyən Batının əlinə oynamaqdır. Bəllidir ki, Türkiyə kimi qüdrətli dövlətin varlığını qəbul etmək istəməyən Qərb dünyası neçə ildir ki, Atatürk dəyərlərini gözdən salmaqla, cümhuriyyətin əldə etdiyi nailliyyətləri, dövlətin sütunlarını sıradan çıxarmaqla Türkiyə aciz duruma gətirmək xətti yeridir. Ötən il Türkiyə cəmiyyətində böyük nüfuza malik sabiq generalları həbsə atmaqla ordunun nüfuzuna zərbə vurmağa çalışdılar. Silahıl Qüvvələri siyasi hakimiyyətdən asılı vəziyyətə gətirmək siyasəti bu gün də davam etməkdədir. Türkiyə cəmiyyəti cümhuriyyətçilərə, atatürkçülərə, milliyyətçilərə və orduya qarşı hücumlara öyrəncəlidir. Amma "kürd açılımı" kimi qəfil zərbəni gözləmirdi. İlk baxışdan Ərdoğanın Əhməd Türklə təmasları, Öcalanın irəli sürdüyü təkliflər normal qarşılana bilər. Həqiqətən də düşünülə bilər ki, bir hökumət on illərlə sürən, günahsız insanların ölümünə səbəb olan bir münaqişəni durdurmaq istəyirsə, burada anormal nə var kiğ Doğrudur, bu belə görünür. Hökumətin təmasları da başadüşüləndir. Amma kür sorunu Türkiyəni yıpratmaq, terrorçuların ayağına vermək bahasına çözülməməlidir. Başlanan proses Türkiyə dövlətini, hakimiyyəti də, müxalifəti də ucuz, hörmətsiz hala gətirib. İş o yerə çatıb ki, Əhməd Türk başkəndə qəhrəman kimi poza verir, özünü çox-çox yuxarılardan aparır. Kəsəsi, "kürd açılımı" planı və aparılan dişsiz siyasət kürdləri məsum, Türkiyəni isə suçlu kimi göstərməyə başlayıb. AKP durumu elə nöqtəyə gətirib ki, adamın Ozan Arif kimi deməyi gəlir: "O iti də buraxın" Doğrudan da bundan sonra türk qatili Öcalanın içəridə qalıb-qalmamasının elə bir önəmi olmayacaq. 30 min şəhidin, türk mehmetciyinin qanı batırılırsa, Öcalanı içəridə tutmağın nə anlamı varğ Danışıqlar işi elə məcraya soxub ki, kənardan elə görsənir ki, Türkiyə dövləti artıq kənardan idarə olunduğu, bəsləndiyi kimdəsə şübhə doğurmayan PKK-nın qarşısında geri çəkilir, onun tələblərinə boyun əyir. Terrorçubaşının yol xəritəsəində nələr varğ Elə şeylər var ki, 30 ildir türk mehmetciyi onun var olmaması uğrunda şəhid olur. Ona görə şəhid olur ki, Türkiyəni kimsə bölə bilməsin. Öcalan muxtariyyat istəmir, amma əvəzində elə şey istəyir ki, bunlar reallaşarsa, Türkiyənin Şərqində Ankara hökm etməyəcək. O vaxta qədər içəridə qalsa, İmralıdan Öcalan hökm edəcək. O olmasa da, deputat cildinə girmiş Diyarbəkr terrorçuları. "Kürdlərin özünü idarəetməsi", "dövlət idarələrində və məhkəmədə ana dili" məsələsinin ayrı nə anlamı var, AKP-dən bir anlatsın bizə. Türkiyə yol ayrıcında Məsələ təsvir edildiyindən də dözülməzdir və Türkiyə üçün yaxşı heç nə vəd eləmir. Düzdür, "kürd açılımı" reallaşsa, terror dayanacaq, qan tökülməyəcək, türk əsgəri şəhid olmayacaq. Amma əvəzində kürdlər öxzgürlük əldə edəcək, müstəqil dövlət qurmanın bir addımlığına gəlib çıxmış olacaqlar. Türkiyənin siyasi sistemi laxlayacaq, mövcud partiyaların dayaqları sarsıyacaq. Atatürk cümhuriyyətini qoruya bilməmiş CXP, MHP kimi partiyalar gücdən düşəcək, xalqdan səs ala bilməyəcək. Cümhuriyyətin dayağı Silahlı Qüvvələrin dayaqları sarsıyacaq, nüfuzu itəcək. Ordu daxilində mühəfaizəkarlarla, yenilikçilər arasında ziddiyyət təhlükəli həddə çatacaq. Türkiyənin başına "kürd açılımı" adlı corab hörmüş hakim siyasi qüvvəə də tarixi gömüləcək. Türkiyə cəmiyyəti bütün bunlar reallaşmamış ortaya mövqe qoymalı, ordu, siyasi müxalifət hərəkə keçməlidir. Əks halda itirilən bərpa etmək, Türkiyənin bölünməsinin qarşısını almaq mümkün olmayacaq.Elman Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar