SON XƏBƏRLƏR

Diktatora ölüm

2021.10.20, 07:36
Diktatora ölüm

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, avqustun 17-də “etemade milli” qəzetinin qərargahı qarşısında təxminən 100 nəfər toplaşıb. Onlar “etemade milli” qəzetinin bağlanmasına etiraz ediblər. Etirazçıların əsas şüarı isə “diktatora ölüm” olub. Röytersdən aldığımız məlumata görə, polis etirazçılara hücüb edib . aksiyaçıların dağıtması üçün zor tətbiq olunub və polis batundan(dubinka) istifadə edib. Bir şahidin dediyinə görə yüzlərlə etirazçı insan bir az kənarda gözləyirdilər ki aksiyaya qatılsılnlar ancaq polis imkan vermədi. Mənbənin məlumatına görə polis iki gənci möhkəm döyüb. Xatırlatmaq lazımdır ki “etemade milli” qəzeti Mehdi Kərrubinin imamcümələrə cavab olaraq verdiyi bəyaniyəni yaydığı üçün, keçən günlərdə fəaliyətinə qadağa qoyulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar