SON XƏBƏRLƏR

Iran prezidenti öz qonşularına hədə-qorxu gəldi

2021.10.20, 07:36
Iran prezidenti öz qonşularına hədə-qorxu gəldi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad İsraillə əməkdaşlıq edən qonşu dövlətləri sərt şəkildə tənqid edib. “Fars” agentliyinin məlumatına görə, Əhmədinejad deyib ki, İranın bəzi qonşuları “sionist rejimin” maraqlarına xidmət edən siyasət aparır. “Biz təəssüf edirik ki, bəzi qonşularımız sionistlərə xidmət edir və İsrailin dünyada hegemonlugunu təmin etməsinə yardımçı olurlar. Bu qonşular başa düşmürlər ki, onlar sionistlərə hansı xidməti göstərirlər. Belə qonşuların gec də olsa ayılacaqlarına ümid edirik” deyə, Əhmədinejad bildirib.İran prezidenti ad çəkməsə də, onun İsraillə son vaxtlar əməkdaşlığı gücləndirən Azərbaycanı, habelə Türkiyəni və Türkmənistanı nəzərdə tutduğu aydındır. Bu yaxınlarda İsrail prezidenti İranın sərt şəkildə qarşı çıxmasına və rəsmi Bakıya təzyiq göstərməsinə baxmayaraq, Azərbaycanda səfərdə olub. Azərbaycanla İsrail arasında ticarət münasibətləri genişlənir və iki ölkə arasında enerji, hərbi-texniki əməkdaşlıq və digər sahələrdə mühüm anlaşmalar var. İran xəbərdarlıq etmişdi ki, İsrail prezidentinin Bakıya səfəri iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcək. Lakin rəsmi Bakı İranın təzyiqlərinə baxmayaraq, İsraillə münasibətləri gücləndirmək qərarı verib. İran prezidentini digər qonşu ölkənin-Türkiyənin də İsraillə münasibətləri narahat etməyə bilməz. Doğrudur, bu ilin əvvəlində baş nazir Rəcəb Tayyib Ərdoğanla prezident Şimon Peres arasında Davosdakı məşhur mübahisədən sonra İsraillə Türkiyə arasında siyasi münasibətlər zəifləyib. Lakin hərbi sahədə münasibətlər möhkəm olaraq qalır. Israil Türkiyənin əsas hərbi tərəfdaşlarından biridir və bugünlərdə elan edilib ki, Aralıq dənizində birgə İsrail-Türkiyə-ABŞ hərbi dəniz manevrləri keçiriləcək. Bu manevrlər Tehranı narahat edir. Çünki məlumatlar var ki, İsrail İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlara hazırlaşır. Həmçinin İranın digər qonşusu Türkmənistan da son zamanlar İsraillə münasibətlərin inkişafına diqqət yetirməyə başlayıb. İranın etirazına baxmayaraq, Aşqabadda İsrail səfirlyi açılıb və iqtisadi münasibətlər genişlənib. Bütün bunlar İsrailin İranı dörd istiqamətdən əhatəyə almaq planları ilə bağlı fikirlərin səslənməsinə səbəb olub.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar