SON XƏBƏRLƏR

İran səfirliyi hələdə "AZƏRBAYCAN" sözü ilə barışmır

2021.10.20, 07:36
İran səfirliyi hələdə "AZƏRBAYCAN" sözü ilə barışmır

Gunaz.tv
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə xeyli sayda xarici ölkələrin səfirlikləri və nümayəndəlikləri açılıb. Qonşu dövlətlərin səfirlikləri ilə yanaşı, həm də onların mədəniyyət, təhsil, səhiyyə və başqa adda nümayəndəlikləri də fəaliyyət göstərir. Azərbaycan qanunlarına əsasən, ölkə ərazisində fəaliyyət göstərən hər bir dövlətin səfirliyi, konsulluğu, eləcə də şirkəti qanunları tanımalı, ona əməl etməlidir.Ancaq uzun müddətdir ki, İran səfirliyi qanunlarımıza əhəmiyyət vermədən fəaliyyət göstərir. Belə ki, bu ölkənin səfirliyi, konsulluğu və mədəniyyət mərkəzinin yerləşdiyi binaların qarşısındakı lövhələrdə «Azərbaycan» sözünə rast gəlmək mümkün deyil. Eyni faktı "Nizami" metrosu yaxınlığında yerləşən İran Mədəniyyət Mərkəzinə də aid etmək olar. Həmin mədəniyyət mərkəzinin yerləşdiyi binanın lövhəsində iri hərflərlə «Azərbaycan» əvəzinə «Bakı» sözü yazılıb. Məsələyə münasibətini bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirdi ki, Azərbaycandakı səfirliklərin binaları onların təmsil etdikləri ölkənin ərazisi hesab olunur və dövlətçiliklə bağlı bütün işlər onların protokol qaydalarına uyğun olaraq həyata keçirilir: "O ki qaldı səfirlik binalarında lövhələrin üzərində yazılan yazılara, yenə də deyirəm ki, bu, səfirliklərin səlahiyyətlərinə aid məsələdir. Lövhənin üzərində "Azərbaycan" sözünün olmaması böyük qəbahət hesab olunmur. Yaxşı olardı ki, onların özlərinə müraciət edəsiniz". Amma məsələ tək bununla bitmir. İran tərəf dəfələrlə Azərbaycan bayrağını tərsinə asaraq dövlət atributlarımıza qarşı hörmətsizlik nümayiş etdiriblər. Qeyd etdiyimiz məsələ mətbu orqanlarda dəfələrlə işıqlandırılıb. Hətta iqtidar deputatları Milli Məclisdə bununla bağlı məsələ də qaldırıb. Həmçinin adıçəkilən ölkənin səfirliyi və nümayəndəlikləri qarşısında millətçi kəsimə aid təşkilatlar etiraz aksiyaları keçiriblər. Dünən gün ərzində İran səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri ilə əlaqə saxlayıb məsələyə münasibətini öyrənmək istəsək də, bu, mümkün olmadı. Onu da qeyd edək ki, İran nümayəndəliklərinin lövhələrində «Azərbaycan» sözündən imtina etməsi bizə aydındır. Hər zaman özünün fars şovinistliyini göstərən bu dövlətin «Azərbaycan» sözündən imtina etməsinin yek səbəbi var. İran əhalisinin böyük əksəriyyətini Azərbaycan türkləri təşkil edir. İllərdir ki, «Azərbaycan» sözünü cənubdakı soydaşlarımızın yaddaşından silməyə çalışanlar indi bu «missiyanı» Azərbaycanda davam etdirir. İran hələ də Azərbaycana öz əyaləti kimi baxır....Leyla İLQAR.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar