SON XƏBƏRLƏR

Əhməd Obalı: seçki ərəfəsində namzədlər tərəfindən verilən bəyanatlar, xalqın nəyə önəm verdiyini göstərir

2021.10.20, 07:36
Əhməd Obalı: seçki ərəfəsində namzədlər tərəfindən verilən bəyanatlar, xalqın nəyə önəm verdiyini göstərir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi, GÜNAZ.TV başqanı Əhməd Obalının müsahibəsi üzərində yazımış yazını olduğu kimi təqdim edir. "Əhmədinejaddan hər hansı müsbət addım gözləmək olmaz" Əhməd Obalı: "Bu ikinci 4 il əvvəlkindən də ağır ola bilər" GünAzTV-nin təsisçisi Əhməd Obalı Güney Azərbaycan və İrandakı vəziyyətlə bağlı açıqlamasında bildirib ki, "Amerikanın səsi" radiostansiyasının Güney Azərbaycana həsr olunmuş "Haray" adlı ikinci bir həftəlik proqram açması çox müsbət hadisədir: "Bu xəbəri eşidəndə bizə də çox emaillər gəldi. İnsanların reaksiyası çox-çox müsbət idi. Mən də çox sevinirəm ki, "Haray" proqramı açılıb. Ümid edirəm və bilirəm ki, bu proqramı izləyənlərin sayı gündən-günə çoxalacaq. Bu proqram yaxşı bir zamanda açılıb. Həqiqətən də Güney Azərbaycanda şübhələr çoxalırdı. Yəni dünya ictimaiyyəti sanki onları yaddan çıxarıb. Təbii ki, ana dilimizdə proqramların sayının çoxalması müsbət əlamətdir. Burada azərbaycanlıların maraq dairəsinin böyüməsi görünür və İrandakı türklər haqqında danışan televiziya, radioların və qəzetlərin sayı az olduğundan hər bir belə proqramın yayımlanması yaxşıdır. Xüsusilə də ana dilində olan "Haray" proqramı çox əhəmiyyətlidir. Dünyanın hər bir yerində olduğu kimi, Güney Azərbaycandakı soydaşlarımızın problemləri, yəni sosial problemlər, iş problemləri, milli məsələlər - ana dili haqqında, özlərini tanıtma haqqında Təbriz, Ərdəbil, Urmiyada gündəlikdə olan problemlər müzakirə olunursa, danışılırsa, bu barədə xəbərlər verilirsə, bu onları bir qədər də razı salacaq". Onun sözlərinə görə, reaksiyalara, insanların oradakı mədəni fəaliyyət göstərən kütlənin etirazlarına baxanda hər şey ana dilindən başlayır: "İran Konstitusiyasında verilən haqqımız olan ana dilində dərs oxumaq hüququ bu gün pozulur. Bu həm İranda yaşayan, həm də dünyada yaşayan azərbaycanlıların, demək olar ki, ortaq problemidir: Ana dilinin azadlığı". Əhməd Obalı deyib ki, İranda prezident seçkiləri ərəfəsində hətta sərt-xətt tərəfdarı olan namizədlərin də qeyri-fars xalqlara öz dillərində məktəb və mətbuatla bağlı verdiyi vədlər əhəmiyyətsizdir: "Demək olar indiyədək təcrübə bunlarına yerinə yetirilməyəcəyini göstərib. Amma onları belə bəyanat vermələri özü müsbət bir hadisədir. Çünki yerinə yerinə yetirməsələr də, xalqın nəyə önəm verdiyini həmin bəyanatlar göstərir. Məsələn, Möhsüm Rezayi Təbrizdə danışanda deyib ki, bizim dövlətimizin yaxşı xarici siyasəti olsaydı, Qarabağı işğal etməzdilər. O həm Dağlıq Qarabağın işğalını dilinə gətirir, həm də İranın xarici siyasətinin düzgün olmamasını deyir. Digər tərəfdən, bu sözləri Təbrizdə deməsi onların Təbrizdəki əhalinin Qarabağ münaqişəsinə münasibətini yaxşı bildiyini göstərir. Yəni bu vəd vermələr özü müsbətdir". O vurğulayıb ki, Əhmədinejadın prezidentliyinin birinci dövründə azərbaycanlıların mədəni hüquqlarının bərpası yönümündə çıxışlarına güclə cavab verildi: "Dörd il az bir müddət deyil. O, 4 il ərzində İranın hər bir nöqtəsində, xüsusilə Azərbaycanda gücdən nə qədər çox istifadə olunduğunu hamı görür. Və bu ikinci 4 il də görünür ki, əvvəlkindən də ağır ola bilər. Ona görə də Əhmədinjadın insanlarla qarşıdakı 4 il ərzində keçmiş 4 ildən daha da sərt davranması bizim üçün təəccüblü olacaq. Çünki müşahidələr onu göstərir ki, Əhmədinejadın dedikləri etdiklərindən fərqlidir. Ondan hər hansı müsbət iş gözləmək olmaz".xalqcebhesi.Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar