SON XƏBƏRLƏR

Türkiyədə görünməyən mənzərə. Öcalan tezis irəli sürür

2021.10.20, 07:36
Türkiyədə görünməyən mənzərə. Öcalan tezis irəli sürür

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyədə hökumət kürd probleminə dair “demokratik çözüm paketi” adı altında hazırladığı təkliflər planını ictimaiyyətlə müzakirə etdiyi bir vaxtda PKK lideri Öcalanın da bu problemlə bağlı tezisləri yayılıb. Əslində “Apo”nun kürd probleminin həllinə dair öz “yol xəritəsi”ni PKK-nın Türkiyədə ilk terror hücumunu həyata keçirməsinin ildönümündə-avqsutun 15-də açıqlayacağı gözlənilirdi. Ancaq terrorçunun planının açıqlanması bir neçə gün təxirə düşüb, əvəzində ötən həftə İmralıda onunla görüşən vəkilləri Öcalanın planının əsas tezislərini PKK-ya bağlı saytlara ötürüblər. Bu məlumatlara görə, Öcalan Türkiyədə kürdlərin subyekt kimi yer aldığı federasion dövlət yaradılmasını istəmir: “Federasiya versələr də qəbul etmərəm” deyə, Öcalan vəkillərinə bildirib. PKK başçısı hesab edir ki, problemin həlli kürdlərə geniş demokratik hüquqlar verilməsindən, onların özlərini idarə etməsindən keçir. Öcalan kürdlər üçün Türkiyə dövləti daxilində özünümüdafiə qüvvələrinə də sahib olan xüsusi muxtariyyət istəyir. Lakin bu zaman o, Türkiyənin unitar dövlət modelinin qalmasına tərəfdardır. Öcalan bildirir ki, müxalifət partiyaları CHP və MHP bu prosesin önündə əngəl olmamalıdır, əks halda, onlar çox keçmədən ortadan qalxar. “AKP də çox gözləyə bilməz, yeni ili gözləyə bilməzlər, bir-iki ay sonra AKP-nin gerçək niyyəti bəlli olacaq”-deyə, Öcalan bildirib. Terror təşkilatı liderinə görə, ABŞ-da PKK ilə uzlaşmalı olacaq. “Kürdlərin hər sahədə təşkilatlanmasının önü açılmalıdır, kürdlər demokratik millət olaraq tanınacaq, öz aralarındakı ixtilafları həll etmək üçün müdafiə qüvvələrinə malik olacaq, Türkiyədə hər şey təpədən dırnağa dəyişməlidir”-deyə, “Apo” bildirib. Bu arada PKK-nın silahlı qanadına komandirlik edən Murad Qarailan Fransanın “Le Monde” qəzetinə müsahibəsində problemin həlli üçün Türkiyənin üzr istəməli olduğunu deyib. Öcalandan fərqli olaraq təhdidedici açıqlamalar verən Qarailan deyib ki, hökumətin hazırladığı demokratik çözüm paketi beynəlxalq ictimaiyyəti aldatmağa və baş qatmağa hesablanıb. Ona görə də PKK bu plana inanmır. O, sərhədlərin dəyişdirilməsinə qarşı çıxsa da deyib ki, Türkiyədə kürdlərə geniş muxtariyyət verilmədən problemi həll etmək mümkün deyil. Bu zaman Qarailan daha da irəli gedərək “hər iki tərəfin silahları buraxmalı olduğunu” deyib. “Əvvəlcə Türkiyə dövləti üzr istəməlidir, yalnız bundan sonra dialoqdan danışmaq olar”. Qarailan bildirib ki, PKK güclü təşkilat olaraq qalır, onun 8 minə yaxın silahlı döyüşçüsü var. Bunların yarısı İraqın şimalında, yarısı isə Türkiyədədir. Hökumət isə Öcalanın tezislərinə cavab verməsə də, hazırladığı demokratik həll modeli ilə bağlı ictimai qurumlarla danışıqları davam etdirir. Hökumətdən planı koordinasiya etmək üçün ayrılan daxili işlər naziri Bəşir Atalay bu dəfə PKK-çılara geniş aministiya verilməsini də nəzərdə tutan təşəbbüsə qarşı çıxan şəhid alələri dərnəkləri ilə görüşüb. Nazir deyib ki, hökumət bu məsələdə şəhid ailələrinin mövqeyini önəmli hesab edir. Görüş zamanı konkret məsələlər müzakirə olunmasa da bildirilib ki, hər iki tərəf problemin dinc yolla həllinə dair öz baxışlarını açıqlayıb. Xatırladaq ki, Atalay bundan əvvəl iş adamları dərnəkləri və digər vətəndaş cəmiyyəti qurumları ilə görüşlər keçirib. Siyasi partiyalardan ancaq kürd partiyası DTP hökumətlə məsələni müzakirə edir. CHP və MHP isə hökumətlə kürd planı ilə bağlı təmasdan imtina edib. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar