SON XƏBƏRLƏR

Münaqişənin həlli böyük dövlətlərin istəyidir və Sərkisyan buna qarşı çıxa bilməz

2021.10.20, 07:36
Münaqişənin həlli böyük dövlətlərin istəyidir və Sərkisyan buna qarşı çıxa bilməz

Gunaz.tv
Polşada fəaliyyət göstərən Şərq Tədqiqatları Mərkəzinin eksperti Masej Folkovski "Azadlıq" radiosuna müsahibəsində Qarabağ münaqişəsinin nizamlanması və bununla bağlı digər məsələlərə toxunub. Politoloq diqqəti ilk olaraq, bu məqama yönəldib ki, münaqişənin nizamlanması prosesinə aid ciddi informasiya qıtlığı var. Folkovski açıq şəkildə bildirib ki, prosesdə fəallığın müşahidə olunmasına baxmayaraq, yaxın vaxtlarda bu istiqamətdə əsaslı irəliləyişin əldə ediləcəyi gözlənilmir. Politoloq Azərbaycan və Ermənistan prezidentlərinin dayanıqlılığı və güzəştə hazırlıqları məsələsindən də yan keçməyib. O, bu sırada üstünlüyün birmənalı şəkildə Azərbaycan prezidenti İlham Əliyevdə olduğunu vurğulayıb. Bildirib ki, onun cəmiyyətdəki mövqeyi möəkəmdir və bu səbəbdən, münaqişənin həllinə dair qərar verməsində problem yoxdur. Folkovski Ermənistan prezidenti Serj Sərkisyan barədə isə tam əks fikir söyləyib. Yəni onun mövqeyi zəif olduğu üçün güzəştə getməyə çox tərəddüd edir. Bilir ki, o halda, Sərkisyan nəinki hakimiyyəti, hətta həyatını da itirə bilər. Siyasi təhlilçi, professor Vaqif Arzumanlı sülh danışıqlarının ciddi bir mərhələyə daxil olduğu vaxtlarda Ermənistanda ciddi təlatümlərin yaşandığını xatırladır: "Danışıqlar artıq on yeddinci ildir, davam etdirilir. Bu müddət ərzində münaqişənin həlli istiqamətində heç bir addım atılmadığını söyləmək doğru olmazdı. Vasitəçilər də, işğalçı Ermənistanın keçmiş rəhbərliyi də bəzi məqamlarda konstruktiv mövqeyə yaxınlaşıblar. Amma hər dəfə sülhün əldə olunması imkanları genişlənəndə, Ermənistanın daxili siyasi vəziyyəti kəskin şəkildə dəyişib. Xatırladım ki, 1997-ci ilin sonu - 1998-ci ilin əvvəllərində Ermənistanın keçmiş prezidenti Ter-Petrosyanın reallıqlarla barışmağın vacibliyini bildirmişdi və güzəştə getməyə tam hazır idi. Hətta bu mövqeyini geniş bir məqalədə də əsaslandırmışdı. Amma məlum xarici və daxili çevrələrin birgə səyi nəticəsində Levon Ter-Petrosyan hakimiyyətdən devrildi. Bundan sonra 1999-cu ildə Ermənistan parlamenti gülləbaran edildi və danışıqlar prosesində yenidən fasilə yarandı. Siz də müşahidə edirsiniz ki, son bir neçə ayda Qarabağ danışıqlarında fəallıq artıb. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərləri intensivləşib, öz aralarında təmasları güclənib. Bütün bunlar ondan xəbər verir ki, Minsk qrupunun həmsədrləri münaqişənin tezliklə aradan qaldırılmasına çalışırlar. Polşalı politoloqun Sərkisyan hakimiyyətinin taleyilə bağlı dediklərisə yəqin ki, Ter-Petrosyanın məlum siyasi aqibətindən irəli gəlir. Ermənistandakı prezident seçkilərindən sonra orada formalaşmış yeni hakimiyyət hələ də ölkədə real təsir gücünə malik deyil. Ermənistan cəmiyyətinin böyük hisssəsi Sərkisyan hakimiyyətində nəinki narazıdır, hətta onun legitimliyini belə tanımır. Belə bir şəraitdə sözscz ki, Sərkisyanın durumu olduqca mürəkkəbdir. Minsk qrupu həmsədrlərinin fəallaşması münaqişənin həllinə yönəlib. Bunun üçünsə Ermənistanın mövcud reallığı düzgün qiymətləndirməsi, geri çəkilməsi lazımdır. Amma Sərkisyan bilir ki, ciddi güzəştlərə getmək onun ölkədaxili vəziyyətini daha da ağırlaşdıracaq. Eyni zamanda, bunu da bilir ki, münaqişənin həlli artıq böyük dövlətlərin istəyidir və onların iradəsinə qarşı çıxmaq mümkün deyil. Ona görə də, Sərkiyanın vəziyyəti başa düşüləndir".Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar