SON XƏBƏRLƏR

İranda “etemad milli“ qəzetinin fəaliyətinə müvəqqəti olaraq qadağa qoyulub

2021.10.20, 07:36
İranda “etemad milli“ qəzetinin fəaliyətinə müvəqqəti olaraq qadağa qoyulub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Məhəmməd Cavad Həqşünas “etemad milli“ qəzetinin direktoru bəyan edib ki Tehran məhkəməsi bu qəzetin fəaliyətinə müvəqqəti olaraq qadağa qoyub. Həqşünas bu xəbəri, İranın dövlət xəbər agentliyi İRNAya söyləyib. O qeyd edib ki qəzetin fəaliyətinə qadağa qoyulduğu xəbəri məhkəmə nümayəndələri tərəfindən elan olunub. Hüseyn Kərrubi, Mehdi Kərrubinin oğlu qəzetin fəaliyətinə qoyulan qadağanın səbəbindən danışıb. O mətbuata bildirib ki buna səbəb Mehdi Kərrubinin imamcümələrin tənqidinə verdiyi cavabın dərc olmasıdır. Xatırladaq ki Mehdi Kərrubinin, Haşimi Rəfsəncaniyə yazdığı məktubu imamcümələrin bir neçəsi sert tənqid ediblər. Kərrubi isə onlara cavab olaraq bəyan edib ki : “onlar yalanlar və böhtanlarla dinlərini satırlar. O din satanların cavabını verəcəyəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar