SON XƏBƏRLƏR

fransalı qadın İran həbsxanasından qurtula bildi

2021.10.20, 07:36
fransalı qadın İran həbsxanasından qurtula bildi

Gunaz.tv
İran, fransız dili müəlliməsinin köməkçisini azadlığa buraxıb. GÜNAZ.TV mətbuat mərkəzinin “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu məlumat Fransa prezidenti Nokolya Sarkozinin mətbuat xidmətinin verdiyi bəyanatında bildirilib. Bəyanatda həmçinin göstərilib ki, 24 yaşlı Klotilde Reiss yaxşı sağlamdır və o rəsmi Tehranın verəcəyi hökmə kimi Fransa səfirliyində qalacaq. Qeyd edək ki, Reiss mübahisəli prezident seçkilərindən sonra Qərbin köməyi ilə hökumətə qarşı sui-qəsddə iştirakda təqsirləndirilib və iyul ayının əvvəlindən həbsxanaya salınıb. Həmin sui-qəsddə iştirak edən Fransa səfirliyinin işçisi Nazak Afşar da bu həftə İran tərəfindən şərti olaraq azadlığa buraxılıb. O da həmçinin hökm çıxarılana kimi səfirlikdə qalmalıdır. Fransa hökumət adamlarının sözlərinə görə, Klotilde Reiss və Nazak Afşara qarşı məhkəmə prosesi sürətlə nəticəyə yaxınaşır. Qeyd edək ki, Fransanın xarici işlər naziri Bernard Kouchner dövlət televiziyasına müsahibəsində bildirib ki, hökm növbəti 8 gün ərzində çıxarılacaq. Nikolya Sarkozinin mətbuat xidmətindən bildirilib ki, Sarkozi Reiss azadlığa buraxılan kimi ona zəng edib və onu bu qoçaqlığı üçün tərifləyib. “Reissin səhhəti yaxşıdır və yüksək əhval-ruhiyyədədir”,- deyə bayanatda bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar