SON XƏBƏRLƏR

Elnur Eltürk: Əgər savaş baş versə, İranda daxili entik siyasi vəziyyət gərginləşəcək

2021.10.20, 07:36
Elnur Eltürk: Əgər savaş baş versə, İranda daxili entik siyasi vəziyyət gərginləşəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi DAK Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Elnur Eltürkün RİA-ya verdiyi müsahibəni tam mətni ilə təqdim edir. İran İslam Respublikası ilə İsrail arasında münasibətlərin gərgənləşməsi ilə bağlı Səbri Təbrizinin rəhbərlik etdiyi DAK Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Elnur Eltürkün RİA-ya müsahibəsi. - Necə düşünürsünüz, Sizcə İsrail İranın nüvə obyektlərini vura bilərmi və Amerika Birləşmiş Ştatları İsraili müdafiə edəcəkmi? - Bölgənin siyasi mənzərəsinə nəzər saldıqda, yaxın və orta şərqdə vəziyyət olduqca gərgindir, proseslərdə heçdə yaxşılığa doğru getmir və bölgə hər an partlamaq təhlükəsi ilə üz-üzədir. İran İslam Respublikası İsrail qarşısında geri çəkilmək istəmir və əgər o, nüvə enerjisi siyasətindən geri çəkilsə, dünyada belə bir fikir formalaşacaq ki, İran İsraildən qorxdu və bu addımından geri çəkildi. İranda bu, düşüncə hakimdir və cox təəssüflər olsun ki, bu, təfəkkürlədə xarici və daxili siyasət yürüdülür. Amma, maraqlıdır ki, İran sona kimi sözünün üstündə duracaqmı və baxmayaraq rəsmilər bəyan ediblər ki, onlar bir addımda olsun geri çəkilən deyillər. İsrail dövləti prosesləri diqqətlə izləyir və Ehud Barak bildirib ki, İrana qarşı hərbi məsələ gündəmdədir. Amerika Birləşmiş Ştatları bu məsələdə ehtiyya siyasət yürütdüyü müşahidə olunur və ölkənin müdafiə naziri Robert Qeytsin də Təl-Əvivə səfər etməsi ola bilər ki, İsraili bu yoldan geri çəkindirmək istəyir. Əvvəllər də, İsrailin belə bir planı var idi. Lakin, Corc Buş administrasiya İsraili bu yoldan çəkindirə bilmişdir. Çünki, Amerikanın dövlət maraqları var. Əgər İsrail İrana qarşı hərbi zərbələr endirsə, İran da buna qarşı cavab addımları atacağı şübhəsizdir. Buda, bölgədə vəziyyəti gərginləşdirməyə aparacaqdır. Hal hazırda yaxın və orta şərq barıt çəlliyinə bənzəyir və radikal dini cərəyanlar geniş fəaliyyət göstərirlər. Bölgənin gərginləşməsi Amerikanın Əfqanıstanda və İraqda ordusunu çətin duruma sala bilər. Gedişatda onu göstərir ki, İsrail hər an İrana qarşı hərbi zərbələr endirə bilər və müharibə ilə bağlı bəyanatlar səslənməkdədir. Amerika mediasındada müharibənin başlanması ilə bağlı müntəzəm olaraq yazıların dövriyyə buraxılması və yəqin ki, içtimaiyyəti savaşa hazırlamaq üçün ideoloji işin tərkib hissələrindən biridir. İlk öncə, cəmiyyəti buna hazırlayırlar və sonra isə müharibə başlanır. Bütün müharibələrin prinsipində bu dayanır. Ola bilər ki, Amerika İsraili açıq müdafiə etməsin və ancaq hər tərəfli yardım edəcəyi şühbəsizdir. Əksər ölkələr İranın nüvə silahının əldə etməsini təhlükə sayır və bunun təhlükəli tendensiya ya gətirib çıxaracağından ehtiyyatlanırlar. - Əgər müharibə baş versə, bunun Azərbaycana təsiri olacaqmı? - Təbii ki, müharibənin nəticələri nəin ki, Azərbaycana, digər ətraf bölgə dövlətlərinə də təsir edəcək və unutmaq olmaz ki, orada milyonlarla azərbaycan türkü yaşayır və onların taleyi bizi maraqlandırmaya bilməz. Azərbaycan dövləti bu məsələdə ehtiyyatlı siyasət yürütməlidir və İran bəyan edib ki, qonşu dövlətlərdən hansısa Amerika, İsrailə dəstək versə, onun ərazilərinə hərbi zərbələr endiriləcəkdir. Düzdür biz inanmırıq ki, İran belə bir addım atsın və ancaq nəzərdən qaçırmaq olmaz ki, müharibədə hər şey ola bilər. Azərbaycana milyonlarla insan axını gələ bilər. Buda sonucda hümanitar fəlakət yarada bilər. Azərbaycanın bu məsələdə nə qədər cox bitərəfli siyasət yürütməsinə baxmayaq, savaşın təsirləri olacağı mütləqdir. Ola bilər ki, müharibədə ancaq İranın nüvə reaktor zavodları vurulacaqdır və amma yenə də müharəbə geniş lokal xarakter daşıya bilər. - Bəs savaşın Güney Azərbaycan Milli hərəkatına nə kimi təsiri ola bilər? - İlk öncə, onu deyim ki, bu gün Güney Azərbaycan Milli hərəkatı fəallığı ilə seçilir və hərəkat özünə məxsus formada inkişaf etməkdədir. İldən ilə hərəkat öz dinamikliyini qoruyub saxlayaraq, rejimə qarşı çıxmaqdadır. Azərbaycan davası və milli kimlik uğrunda savaş dayanmadan davam edir. Beynelxalq təşkilatlar məsələni gündəmdə saxlayırlar və güneydə baş verən hadisələr hesabatlarında bu öz əksini tapır. İran xüsusi xidmət orqanları nə qədər bunun qarşısını almaq istəsələr də, hərəkat geniş yayılmaqdadır. İranda dərk edirlər ki, azadlıq ideyalarının qarşısını almaq mümkün deyil. Əgər savaş baş versə, İranda daxili entik siyasi vəziyyət gərginləşəcək. Kürdlərin, Bəlucların öz haqqlarına nail olmaq üçün hərəkətə keçəcəkləri şübhəsizdir və belə olan halda, biz türklər hansı addım atmalıyıq?! Kürdlər, Bəluclar hansısa addımı atacaqlar bizdə onu etməliyik. İranı tarixi boyu türklər idarə ediblər və oranın etnogenizinin, sosial-mədəni və iqtisadi həyatında mühum rol oynayıb. İndi isə, İran iqtisadiyyatında azərbaycanlı sahibkarların güclü çəkisi var. İranın siyasi sistemi onsuzda hamıya bəllidir ki, hansı ideoloji prinsiplər üzərində qurulub. Bu ideologiyanın qurulması 1925-ci ildən formalaşdırılıb, paniranizm adı altında davam etməkdədir. Savaş onsuzda İranı daxili siyasi vəziyyətinə ciddi təsir edəcəkdir. Bu, məsələlərdə milli hərəkatçılarımız ehtiyyatlı olmalıdırlar və düzgün siyasət yürütməlidirlər. Güney Azərbaycan Milli Hərəkatı İranda baş verəcək, hadisələrə özünü tam şəkildə hazırlamalıdır. Çünki, İsrail-İran savaşı başlamasa belə, İranda gec-tez ciddi dəyişiklərin olacağı şübhəsizdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar