SON XƏBƏRLƏR

Iranda üçüncü məhkəmə prossesi başlayıb

2021.10.20, 07:36
Iranda üçüncü məhkəmə prossesi başlayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, iyunda keçirilən prezident seçkilərindən sonra baş verən iğtişaşlarda əli olduğu iddia edilən müxalifətçilərin məhkəmə prosesi başlayıb. Bu, iyun hadisələrindən bəri keçirilən üçüncü kütləvi siyasi məhkəmədir. Müttəhimlərin arasındə yəhudi yeniyetmə də var. Prokuror öz nitqində ənənəvi olaraq müttəhimləri bu iğtişaşları hələ çox illər bundan əvvəl planlaşdırmaqda ittiham edib. Müttəhimlər müxtəlif cinayətlərdə günahlandırılırlar ki, onların da arasında milli təhlükəsizliyə qarşı fəaliyyət də var. Bu isə hakim qarşısına çıxanların bəzilərinə edam cəzasının veriləcəyini istisna etməməyə əsas verir. Xatıraladaq ki, bundan əvvəl həbs edilmiş müxalifət nümayəndələrinin işi üzrə 2 məhkəmə prosesi keçirilib. Müttəhimlər arasında 100-ə yaxın müxalifətçi, islahatçı siyasətçilər, ziyalılar, eləcə də Fransa və Böyük Britaniya səfirliklərinin əməkdaşları olub. Müxalifət isə bildirir ki, məhkəmə prosesləri göz qorxutmağı hədəfləyən şoudan başqa bir şey deyil və Mahmud Əhmədinejad fırıldaq yolu ilə prezident olub. Bu arada qərb dövlətləri, eləcə də bir sıra insan haqları təşkilatları Tehranda keçirilən məhkəmə prosesini pisləyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar