SON XƏBƏRLƏR

Şiraz həbsxanasında iki nəfər edam olub

2021.10.20, 07:36
Şiraz həbsxanasında iki nəfər edam olub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın Şiraz adlı şəhərində iki nəfər məhbus edam olunub. Onlar 12 və 19 yaşlı qızları zorlamaqda ittiham olunublar. Dar ağacına çəkilənlərdən biri Zaem adlı əfqandır. O, oğurluq etdiyi evdə 12 yaşlı qızı zorlayıb. İkinci edam edilən şəxs isə 19 yaşlı qadını zorlamaqda ittiham edilən Xamed adlı şəxsdir. Xatırladaq ki rəsmi mənbələrin məlumatına görə, ilin əvvəllindən İranda 221 nəfər edam edilib. 2008-ci ildə isə 246 nəfər edam edilib. Bu rəqəm isə Çindən sonra dünyada ikinci rekord deməkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar